Fəxrəddin Altun: BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur

BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur.
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun martın 4-də Bakıda Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Stratcom Public Forum” çərçivəsində təşkil edilən “Daha ədalətli bir dünya mümkündür” adlı panelin iştirakçılarına videomüraciətində bildirib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Dünya beşdən böyükdür” fikri də BMT-də islahata ehtiyacı olduğunu ifadə edir:
“Biz daha hərtərəfli bir dünya inşa etməyə çalışırıq. Dövlətlər, QHT-lər və media quruluşları arasında daha güclü əlaqənin tərtib edilməsinə ehtiyac var. Türkiyə beynəlxalq ictimaiyyətin də iştirakı ilə daha ədalətli bir dünya inşa etməyin mümkünlüyünə inanır”.
Digər Xəbərlər

İlon Mask Zelenskiyə ölkəni tərk etməyi məsləhət gördü

Mask növbəti dəfə Ukrayna liderinə çağırış etdi

ABŞ Çin məhsullarına rüsumları artırdı

Rusiya AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

İsrail mətbuatı Xocalı soyqırımından yazdı

Hakan Fidan İranı sərt tənqid etdi - Səfir XİN-ə ÇAĞIRILDI

"Ermənistanda bütün yollar Azərbaycan üçün açıqdır" - Paşinyan
