04 Mart 2025 12:16
432
DÜNYA

Rusiya AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

Rusiyanın “AlfaSığorta” şirkəti AZAL-a məxsus “Embraer” təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə əlaqədar sığorta kompensasiyasını tam ödəyib.

Adalet.az xəbər verir ki, bu barədə şirkətin aviasiya və kosmik sığorta üzrə baş direktor müavini İlya Kabaçnik “İnterfaks”a açıqlamasında deyib.

Onun sözlərinə görə, şirkət artıq sərnişinlərə dəyən ziyana görə də ödənişlər edir:

“Qazaxıstanın Aktau yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-yə məxsus “Embraer 190” təyyarəsi, həmçinin daşıyıcının sərnişinlər qarşısında məsuliyyəti “Alfa Sığorta” tərəfindən sığortalanıb. Riskin əsas hissəsi Rusiya Milli Təkrar Sığorta Şirkəti tərəfindən təkrar sığortalanıb. Təyyarənin tam sığorta ödənişi fevral ayında həyata keçirilib”.

Kabaçnik sığorta üçün ödənişin məbləğini açıqlamayıb.