04 Mart 2025 14:35
300
DÜNYA

Trampın Ukraynaya hərbi yardımı dayandırmasına Rusiyadan  ŞƏRH

Xəbər verdiyimiz kimi, ABŞ prezident Donald Trampın göstərişi ilə ABŞ Ukraynaya bütün hərbi yardımı dayandırıb.

Adalet.az
xəbər verir ki, ABŞ Ukraynaya bütün hərbi yardımı dayandırmaq barədə sərəncamı gecə qüvvəyə mindikdən sonra Rusiya olaya münasibət bildirib. Beləki, Kremlin sözçüsü Dmitriy Peskov paytaxt Moskvada gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırarkən, ABŞ-ın indiyə qədər Ukraynadakı müharibənin ən böyük dəstəkçisi olduğunu bildirib:"ABŞ Ukraynaya silah göndərilməsini dayandırarsa, sülhə ən böyük töhfəsi bu olacaq" -deyib .
ABŞ prezidenti Donald Trampın Ukraynaya sülh gətirmək istəyini alqışladıqlarını ifadə edən Peskov, ABŞ-ın Ukraynaya hərbi dəstəyi kəsəcəyi təqdirdə bunun Kiyev rəhbərliyini sülh prosesinə sövq edə biləcəyini vurğulayıb.

Qeyd edək ki,  ABŞ-ın hərbi yardımının dayandırılması Ukraynada olmayan bütün silahlara aiddir. Beləki, məlumata görə, tədarükün dayandırılması ABŞ-ın hazırda Ukraynada olmayan bütün hərbi texnikasına, o cümlədən təyyarə və gəmilərlə daşınan və ya Polşada tranzit zonalarında daşınmasını gözləyən silahlara aiddir.

 Ən pisi isə odur ki, ABŞ departamentinin rəsmisi İlon Mask, Ukrayna prezidenti Volodimir Zelenskinin prezidentlikdən istefa verməsini , ölkədən aministiya açıxmalı olduğunu və nəhayət  "neytral ölkədə" yaşamağa hazırlaşmağı tövsiyyə edib.. 

 Əntiqə Rəşid