Komitə sədri vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Martın 4-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev əvvəlcədən növbəlilik əsasında qəbula yazılmış vətəndaşların müraciətlərini dinləyib, suallarını cavablandırıb.
Adalet.az xəbər verir ki, vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış, köçürülmənin prinsipləri, sorğuda iştirak, məşğulluqla təminat, eyni zamanda müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər məsələlərlə əlaqədar olub.
Eyni zamanda Komitə sədri Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərin yenidən qurulması istiqamətində verdiyi tapşırıqların sakinlərin rahat və təhlükəsiz yaşayışının, işğaldan azad olunmuş ərazilərin ölkəmizin ən abad guşələrindən birinə çevrilməsinin uğurla həyata keçirildiyini vətəndaşların diqqətinə çatdırıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəniyyət abidələrinin bərpasının və digər quruculuq işlərini diqqət mərkəzində saxladığı, onun tapşırığı ilə bu sahədə mühüm işlər görüldüyü qeyd edilib.
Komitə sədrinin qəbulunda məcburi köçkün olan vətəndaşların müraciətləri dinlənilib və müvafiq qaydada qeydə alınıb. Onlara bildirilib ki, qaldırılan məsələlər araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Digər Xəbərlər

Ramazanın 5-ci günü: Dua, imsak və iftar vaxtı

Ombudsman Bakıda saxlanılan erməniəsilli şəxslərə baş çəkdi - FOTOLAR

QMİ Həcc ziyarəti ilə bağlı əhaliyə çağırış edib

Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi

Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi daşımalara təsir göstərib

Bakıda “Stratcom Public Forum”u çərçivəsində panel müzakirə keçirilib

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun bu il üçün büdcəsi təsdiq edilib
