Təhsildə növbəti neqativ: Pedaqoq, direktor Lamiyyənin dilənçi performansı

Bu gün mediamızın səhifələrində maraqlı xəbərlərə rastladım. Xəbərlər tam anlamı ilə öz sahəsində olan problemləri, acınacaqlı vəziyyəti ortaya qoyurdu.
Xəbər ad gününə alınan hədiyyəni bəyənmədiyi üçün müəllimləri təhqir edən pedaqoqdandır. Deməli, məktəbin müəllimləri yığışıb bir yerə, pul “atışıb, direktora 600 manatlıq hədiyyə alıblar. Rüşvət almağı həyat tərzinə çevirən direktor hədiyyəni rüşvət kimi anlayıb və elə ordaca ucuz "hədiyyə"yə görə:” Mənə dilənçi payı lazım deyil” deyib. Hətta hədiyyə verənləri “dilənçilər”, qaraçılar” deyərək təhqir edib.
Bu diktator müəllimə Bakının Pirallahı rayonu, Gürgən qəsəbəsi, 231 nömrəli tam orta məktəbin direktoru Lamiyə İlhamsoydur. Deyilənə görə, vəzifəsindən azad edilib.
Mənzərədən görünür ki, 2022-ci ildən etibarən - tam 3 ildir ki, bu direktor bayramlarda, şənliklərdə, özəl günlərdə ona verilən “hədiyyə-rüşvət” bahalı olub deyə səsi çıxmayıb. Amma bu dəfə ki, “hədiyyə-rüşvət” elə də yüksək məbləğ olmadığı üçün İlhamsoyu özündən çıxarıb. Müəllimlərə bəla olmağa çalışarkən öz başına bəla açıb. Direktor elə anlayıb ki, tərcümeyi halında “2009-cu il tarixindən Yeni Azərbaycan Partiyasının üzvüdür” yazdırmaq onu gələn bəlalardan qoruyacaq. Amma qorumayıb.
Day anlamayıb ki, Dövlət Gömrük Komitəsinin Əməliyyat-istintaq Baş İdarəsinin rəisi vəzifəsində işləyən Məsum Rəsulov, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan “Azərterminalkompleks” birliyinin sabiq direktoru, gömrük general-mayoru Ehtiram Xəlilov da YAP-ın üzvü idi, amma dövlət büdcəsini taladıqlarına görə YAP onları qorumadı.
Deyilənə görə, MN-dəki 143 milyonluq yeyintiyə görə həbs edilən dəstənin üzvləri də YAP-ın üzvləri imiş, amma nolsun, YAP onları qorumadı. Uzun sözün qısası, YAP-ı özünə qalxan edən Lamiyyə direktor gərək biləydi ki, bizim qanunlarımız şahdır. Heç kimin xətası bağışlanmır. İndi nolsun ki, o qədər büdcə talanmasından sonra nə gömrük generalları “içəridə” qaldı, nə də 143 milyon yeyintinin əsl səbəbkarının “gül üzünə püfff” deyən oldu.
Lamiyyə diktator- direktor bunları bilmiş olsaydı, yəqin ki, 600 manatlıq hədiyyə- rüşvəti alıb səssizcə otürardı yerində.
Görün bu diktator məktəb direktorunun gözünü pul necə bağlayıbsa, Elm və təhsil naziri Emin Əmrullayev tövsiyyələrini də qulaq ardına vurub. Nazir məktəblərdə bayram ərəfəsində pul yığımı məsələsinə münasibət bildirərkən demişdi ki, bu bütün məktəblərdə baş vermir, ayrı-ayrı məktəblərdə baş verir:"Ayrı -ayrı məktəblərdə baş verdikdə müvafiq şəkildə vətəndaş şikayəti olur. Hər bir hal araşdırılır və bununla bağlı məlumat verilir ".
Aha, di getdinmi?
Əntiqə Rəşid
Digər Xəbərlər

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun bu il üçün büdcəsi təsdiq edilib

Daxili Qoşunların Hərbi İnstitutuna tələbə qəbulu elan edildi
jpg-1741022234.jpg)
Ağdərədə Sadıkov - Akopyan toqquşması: 2008-ci il, 4 mart...
