Xəzərdə suyun səviyyəsinin aşağı düşməsi daşımalara təsir göstərib

Son illərdə Xəzər dənizində limanlarda və kanallarda suyun dərinliyi azalıb, bu da bərələrin tam gücü ilə işləməsinə imkan vermir.
Adalet.az xəbər verir k, bunu Bakıda keçirilən "Xəzər dənizi vasitəsilə Orta Dəhliz" adlı ("Middle Corridor via the Caspian Sea”) forum zamanı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) sədr müavini Tariyel Mirzəyev bildirib.
Onun sözlərinə görə, Qazaxıstanın Kurık limanında suyun dərinliyinin azalması nəticəsində Bakı Limanı (Ələt) ilə qeyd olunan liman arasında "Ro-Pax" tipli bərələr üzrə daşıma qabiliyyəti azalıb. Belə ki, dəmir yolu çənlərinin daşınması üzrə azalma 22%, vaqon daşımaları üzrə isə 10% təşkil edib.
Tariyel Mirzəyev qeyd edib ki, Türkmənbaşı limanında suyun dərinliyinin azalması nəticəsində Bakı Limanı ilə bu liman arasında da "Ro-Pax" tipli bərələr üzrə daşıma qabiliyyəti azalıb (dəmir çənlerinin daşınması üzrə 37% azalma, vaqon daşımaları üzrə 19% azalma).
Tariyel Mirzəyev onu da vurğulayıb ki, 2014-cü ildən indiyədək ASCO üzrə 32 gəmi istismara verilib, hazırda isə 11 gəminin istifadə verilməsi nəzərdə tutulub.
Digər Xəbərlər

Ombudsman Bakıda saxlanılan erməniəsilli şəxslərə baş çəkdi - FOTOLAR

QMİ Həcc ziyarəti ilə bağlı əhaliyə çağırış edib

Komitə sədri vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR

Prezident Fuad Nağıyevə şiddətli töhmət verdi

Bakıda “Stratcom Public Forum”u çərçivəsində panel müzakirə keçirilib

“Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu”nun bu il üçün büdcəsi təsdiq edilib

Təhsildə növbəti neqativ: Pedaqoq, direktor Lamiyyənin dilənçi performansı
