İsrail mətbuatı Xocalı soyqırımından yazdı

İsraildə fəaliyyət göstərən “Israel National News Arutz Sheva” xəbər saytında Xocalı soyqırımı ilə bağlı “Paylaşılan ağrı. Yəhudi icmaları soyqırımı qurbanlarının xatirəsini yad edir” başlıqlı məqalə işıq üzü görüb.
Adalet.az xəbər verir ki, məqalədə İsraildə və dünyanın müxtəlif yerlərində yaşayan minlərlə Azərbaycan əsilli yəhudi icmasının 33 il əvvəl Xocalıda baş verən qətliamı qurbanlarını yad etdiyi bildirilir. Qeyd olunur ki, yəhudi icmaları Xocalıda həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq şamları yandırır, dualar oxuyur və mərasimlər keçirirlər.
Bakıdakı Səfərad icmasının ravvini Zamir İsayev İsraildə 7 oktyabr 2023-cü ildə baş vermiş qətliam zamanı azərbaycanlıların İsrailə böyük dəstək olduğunu vurğulayıb. Ravvin rəhbərlik etdiyi yəhudi məktəbində Xocalı qurbanlarının xatirəsinə həsr olunan anım mərasimi keçirildiyini də diqqətə çatdırıb.
Məqalədə xüsusi olaraq qeyd olunur ki, Azərbaycanda İsrail dövlətinə və yəhudilərə münasibətdə həmrəylik nümayiş etdirilir.
İsraildə Xocalı faciəsinin anım mərasimini təşkil edən “Azİz” İsrail - Azərbaycan Xalqlararası Əlaqə” Assosiyasiyasının prezidenti Adam Amilov “Azərbaycan və İsrailin ortaq ağrıları iki xalq arasında ümid və birlik körpüsünə çevrilmiş və beynəlxalq arenada diplomatik əlaqələri və qarşılıqlı dəstəyi gücləndirmişdir” kimi fikirləri də yer alıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
Digər Xəbərlər

İlon Mask Zelenskiyə ölkəni tərk etməyi məsləhət gördü

Mask növbəti dəfə Ukrayna liderinə çağırış etdi

ABŞ Çin məhsullarına rüsumları artırdı

Rusiya AZAL təyyarəsinə görə sığorta ödənişi etdi

Fəxrəddin Altun: BMT-nin sülh və təhlükəsizliyi bərqərar etməsində çətinliklər mövcuddur

Hakan Fidan İranı sərt tənqid etdi - Səfir XİN-ə ÇAĞIRILDI

"Ermənistanda bütün yollar Azərbaycan üçün açıqdır" - Paşinyan
