Birinci xanımlar və qızları Daşkənddə sərgi ilə tanış olublar - YENİLƏNİB + FOTOLAR
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub, Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.
Adalet.az xəbər verir ki, “Sevgi bağında” adlı sərgidə Özbəkistanın Xalq rəssamı Akmal Nurun son illərdə çəkdiyi əsərlər nümayiş olunur.
Xalq rəssamı Akmal Nur sərgidə yer alan əsərləri barədə məlumat verdi. Bildirdi ki, əsərlərdə ana sevgisi və kənd həyatının motivləri, ailə və ən əsası Tanrının insana bəxş etdiyi talelər canlandırılıb.
Sonra birinci xanımlar və qızları naxışçı Mədinə Kasımbayevanın kolleksiyası ilə tanış oldular. Hər bir məmulat ənənəvi özbək naxışvurmasının müxtəlif texnikalarından istifadə olunmaqla əllə yerinə yetirilib.
Qeyd olunub ki, “Süzane” naxışının vurulmasında pambıqdan və ipəkdən yalnız evdə hazırlanmış materiallardan istifadə olunur. Saplar əllə boyanır, sonra dağ kvarsı və duz əlavə olunmaqla qaynadılır ki, bu da saplarda boyanın uzunmüddətli qalmasından ötrüdür.
Birinci xanım Mehriban Əliyevaya Özbəkistan mədəniyyətinin təbliğ olunduğu xatirə hədiyyələri təqdim edildi.
***
Avqustun 23-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva və qızı Saida Mirziyoyeva ilə birgə Özbəkistanın Xalq rəssamı Akmal Nurun əsərlərindən ibarət sərgi ilə tanış olub və Özbəkistan milli geyimlərindən ibarət kolleksiyaya baxıblar.
Adalet.az xəbər verir ki, xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Digər Xəbərlər
26 Aprel 2026 11:28
"Vaşinqtonda atışma məni dərindən sarsıtdı" - İlham Əliyev
25 Aprel 2026 18:06
QHT nümayəndələri Nyu-York merinə Açıq Məktub yazdılar
25 Aprel 2026 17:49
“Azərbaycanla Ukrayna arasında hərbi-texniki əməkdaşlığın genişləndirilməsi...”
25 Aprel 2026 16:01
Azərbaycanla Ukrayna arasında 6 sənəd imzalandı
25 Aprel 2026 15:53
Azərbaycan və Ukrayna prezidentləri mətbuata bəyanatlarla çıxış etdilər - YENİLƏNİB
25 Aprel 2026 14:52
"Nyu-York merinin saxta bəyanatları dərhal silinməlidir" - Azərbaycan XİN-dən sərt reaksiya
25 Aprel 2026 14:24
"Təhlükəsizlik sahəsində çox dərin əməkdaşlıq qura bilərik" - Ukrayna Prezidenti
25 Aprel 2026 14:12


Bakı -°C

