adalet.az header logo
  • Bakı -°C
15 Iyul 2026 11:34
72
SİYASƏT
A- A+

Birol Akgün İlham Əliyevə təşəkkür etdi

15 iyul 2026-cı ildə baş verən xain addımın məqsədi Türkiyəni xaosa sürükləmək idi.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Bakıda Türkiyənin 15 İyul Demokratiya və Milli Birlik Günü münasibətilə keçirilən anım günündə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, FETÖ tərəfindən həyata keçirilən bu cəhdin qarşısı türk xalqı tərəfindən rədaşətlə alınıb.

"Dövlət çevrilişi cəhdini ilk andan etibarən qınayan və Türkiyənin yanında olan Prezident İlham Əliyevə və Azərbaycan xalqına minnətdarıq. Bu prosesdə bir daha "Bir millət, iki dövlət" prinsipi nümayiş etdirildi".

Səfir deyib ki, Türkiyə dövlət və millət birliyi ilə FETÖ terror qruplaşmasına qarşı mübarizəsini hər zaman davam etdirəcək.

Səfir çıxışın yekunda 15 iyul gecəsində həlak olanların xatirəsini əbədi unudulmaycağını deyib.