adalet.az header logo
  • Bakı -°C
27 Avqust 2021 14:54
1798
HÜQUQ
A- A+

BİZƏ YAZIRLAR: Məhkəmə qətnaməsi icra olunmur


Hörmətli cənab Aqil müəllim!


Məlumat üçün bildirirəm ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020- il tarixli qətnaməsi ilə (hakimlər: .A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) mənim apellyasiya şikayətim təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19 iyul 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiam təmin edilib, cavabdeh "Qlobal SF" MMC-dən mənim xeyrimə 68.000 manat tutulmuşdur.


Həmin qətnamə ilə eyni zamanda Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 22 iyul 2019-cu il tarixli qətnaməsi iddiaçı Məmmədova Zeynəb Eynulla qızı tərəfmdən verilmiş apellyasiya şikayəti əsasında ləğv edilərək ilk iddia təmin edilib "Qlobal SF"MMC-nin əqdin etibarsız hesab edilməsi və s. tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir.
Həmin qətnamə ilə eyni zamanda Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14 fevral 2020- il tarixli qətnaməsi ilə (hakimlər: .A.Məmmədov, Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) Məmmədova Zeynəb Eynulla qızının apellyasiya şikayəti təmin edilərək 61 200 (altmış bir min iki yüz ) manat məbləğində pul vəsaiti və iş üzrə ödənilmiş 45 manat dövlət rüsumu "Qlobal SF"MMC-dən tutularaq ona ödənilməsi qət edilmişdir.
Bakı Apellyasiya Məhkəməsi iddianın dərhal icra edilməsi üçün 22 sentyabr 2020-ci il tarixdə icra vərəqəsi vermişdir.
Bu günə qədər Yasamal rayon İcra Şöbəsinin icra məmuru Bayramov Bəhruz Əli oğlu tərəfindən qərarın icrası birmənalı olaraq həyata keçirilmir.
Mən Məmmədov Nağı Bayram oğlu bu barədə dəfələrlə aidiyyatı orqanlara,Yasamal rayon İcra Şöbəsinin rəisinə və prezidentə şikayət ərizəsi ilə müraciət etmişəm. Lakin icra məmuru Bayramov Bəhruz öz hərəkətsizliyini davam etdirir.
Mən Yasamal rayon icra şöbəsinin rəisi Cənab Pərviz Zəkəriyyəyevə bildirmişəm ki, icra sənədi qeyri şərtsiz icra olunmalıdır.


Mən şikayət ərizəsi ilə Azərbaycan Respublikasının Prezidenti Cənab İ.H.Əliyevə müraciət edərək məhkəmə qərarlarının icrası barədə Yasamal rayon İcra şöbəsinin İcra məmuru Bayramov Bəhruz tərəfindən vəzifə borcuna laqeyd münasibət bəsləməsini, icra intizamını, etik davranış qaydalarını pozmasını icranınhərəkətsiz saxlamasını və digər nöqsan və çatışmazlıqları barədə məlumat verdim və onların aradan qaldırılmasını tələb etdim.
Məhkəmə aktının qüvvəyə mindiyi vaxt: 19 avqust 2020-ci 11, İcra sənədinin verildiyi vaxt: 22 sentyabr 2020-ci 11. İcra sənədinin icraya yönəldilmə müddəti: dərhal göstərilməyinə baxmayaraq Yasamal rayon İcra şöbəsi qarşı tərəflə sövdələşməyə gedərək Qətnamənin icrasına laqeyd münasibət göstərməkdə davam edir.
Bununla yanaşı 03.02.2020-ci 11 tarlxdə Bakı şəhər Yasamal rayon Məhkəməsi 8(004)-44/2021 nömrəli Qərardad çıxarmışdır. Bu Qərardadm qərar hissəsində göstərilir ki, Bakı Apellyasiya məhkəməsinin 2(103)-486/2020 saylı, 14.02.2020-ci 11 tarixli icra sənədinin icrası ilə bağlı borclu "Qlobal-SF" MMC-nin inşa etdiyi 16 mərtəbəli (Ə. Əhmədov küçəsi) yaşayış binasının blok "D,E"-də yerləşən 545.60 kvm qeyri yaşayış sahəsinin üzərlnə həbs qoyulsun, qərardadın icrası Yasamal Rayon İcra Şöbəsinə həvalə edilsin.


"Qlobal-SF" MMC-nin direktoru İbrahimov Həmid Kazım oğlu məhkəmə prosesi getdiyi zaman rəhmətə getmişdir. İcra məmuru bunu bəhanə edərək qətnaməni lcra etmir və bildirir ki, yeni direktor yoxdur, o seçiləndən sonra icra olunar.
Lakin qətnamə icra olımmamış "Qlobal SF" MMC -nin yeni direktoru İbrahimov Nəriman Həsən oğlımun imzası ilə 17 may 2021- ci il tarixdə icra şöbəsinə rəsmi sənəd göndərərək bildirir ki, mənim tərəfımdən verilmiş apellyasiya şikayəti əsasında məhkəmə tərəfindən təmin edilmiş 68.000 min manat pul mənə və Məmmədova Zeynəb Eynulla qızı üçün təmin edilmiş 61 200 (altmış bir min iki yüz ) manat məbləğində pul vəsaiti etibarnamə əsasında Məmmədov Nağı Bayram oğluna ,yəni mənə ödənmişdir.
Bildirirəm ki, Məmmədova Zeynəb Eynulla qızı onu məhkəmədə təmsil etmək üçün mənə etibarnamə verib, həmin eribarnamənin əsli məhkəməyə təqdim olunub,işin içərisindədir. Mən bunu aydınlaşdırmaq üçün məhkəmədə olmuşam və etibarnamənin əslini işin içərisində görmüşəm.Məmmədova Zeynəb mənə bir etibarnamə verib, oda işin içərisindədir.Şirkət göndərən etibarnamə məhkəmədə olan etibarnamənin surətidir.Şirkət etibarnamənin surəti ilə mənə 129 290 manat verə bilməzdi.

Bunun araşdırmaya ehtiyacı var.Onlarda heç bir etibarnamə yoxdur.Sənəddə bildirilir ki, həmin pul mənə Binəqədi rayonu ərazisində yerləşən hansısa ofisdə verilmişdir .Mən heç bir ofis tanımıram, heç bir ofisdə olmamışam və mənə kimsə tərəfindən pul verilməyib.
Mən belə hesab edirəm ki, onların təqdim etdiyi etibarnamə surəti onlara mənim nümayəndəm Hidayət Hüseynli tərəfindən verilmişdir.


Nümayəndəm Hidayət Hüseynli məndən və həyat yoldaşım Zeynəbdən bizi icra şöbəsində təmsil etmək üçün etibarnamə istəmişdir.Həmin etibarnaməni verdik.Evdə etibarnaməni uşaqlar mənə oxuduqdan sonra bildik ki,Hidayətə pul almaq səlahiyyəti vermişik, dərhal notariusda etibarnaməni ləğv etdirdim.
Hidayət Hüseynli mənə Yasamal icra şöbəsinin icra məmuru Bəhruz Bayramovun adına 4 nüxsədən ibarət ərizə yazdırdı, öz adımdan və yoldaşımın adından imza etdirdi . Mən Azərbaycan dilində yazıb-oxuya bilmədiyim üçün həmin ərizəni mənə oxumasını xahiş etdim.Ərizədə "Qlobal SF" MMC tərəfindən bizə ödəniləcək 129 290 min manat məbləğində pulun ödənilmədiyi bildirilirdi.  Sabahı günü zəng etdim Hidayətə bildirdim ki,ərizəni ver evdə uşaqlar mənə oxusun,o vermək istəmədi,məni evinə dəvət etdi. Onlara gəldim, onım kürəkəni ərizəni mənə oxudu, orada yazılmışdı ki,pul verilməyib. Sonra Hidayət həmin ərizələri hirslənib cırdı ki, sən mənə inanmırsan,səninlə işləmirəm. İndi o ərizələr haradan çıxdı, onu bilmək istəyirəm.


İndi şirkət tərəfindən icra şöbəsinə göndərilmiş etibarnamə surəti mənə Məmmədova Zeynəb tərəfindən məhkəmədə onu təmsil etmək üçün verilmiş etibarnamədir ki,həmin etibarnamədə Zeynəb mənə pul və əmlak almaq istisna olmaqla digər səlahiyyətlərini vermişdir.Ərizə isə Hidayət Hüseynli tərəfindən icra şöbəsinə vermək üçün mənə imzalatdığı ərizədir.Sadəcə olaraq ödənilməyib sözü ödənildi sözü ilə əvəzlənib. Bildirirəm ki,mənim nümayəndəm Hidayət Hüseynli şirkətlə əlbir olub onlara mənə imzalatdığı ərizələri və məhkəməyə verilmiş etibarnaməni verməklə mənim pulu aldığımı icra şöbəsinə bildirir.
Hidayətə söz vermişdim ki, ona 23 min pul verməli idim,o pulun 8 minini vermişəm, 15 min manat da verməliyəm. Onlardan pul alaraq Hidayət mənə məxsus sənədləri onlara vermişdir.


Bildirirəm ki, saxta sənədlər tərtib etməklə mənim başıma bu oyunları açan Hidayət Hüseynli, bu oyuna rəhbərlik edən "Qlobal SF" MMC -nin yeni direktoru İbrahimov Nəriman Həsən oğlu və onun havadarları İbrahimov Kazım Həmid oğlu, İbrahimov Tağı Hüseyn oğlu, İbrahiraov Hazim Hüseyn oğlu barədə tədbir görülsün,onlar barədə cinayət işi açılsm.Onların digərqardaşı dövlətə xəyanət edən İbrahimov Sahib Hüseyn oğludur ki, Prezidentə də şər atmışdı,hazırda həbsdədir.
Mən illərdir Pusiya Federasiyasında yaşayıram, oranın vətəndaşıyam. 3-4 ildir Azərbaycanda başıma gəlməyən qalmadı. Burdakı məmurlar tərəfindən aldadıldım.
"Qlobal-SF" MMC-nin direktoru İbrahimovHəmid Kazım oğlu, "Qlobal-SF" MMC-nin təsisçisi İbrahimov Kazım Həmid oğlu, İbrahimov Tağı tərəfindən aldadılaraq pulum ələ keçirildi. Bu azımş ki, Yasamal Rayon İcra Şöbəsinin məmurları da onlarla əlbir olub qətnaməni icra etmək istəmirlər. Mən Rusiyaya qayıda bilmədiyim üçün orada olan işlərim də dayandı.
Yuxarıda qeyd etdiklərimi nəzərə alaraq xahiş edirəm Azərbaycan Respublikasının müvafiq maddələrini nəzərə alaraq Bakı şəhəri Yasamal rayon icra şöbəsinin rəisi və icra məmurunun qanunsuzluqları barədə tədbir görülsün. Dövlət adından çıxarılmış məhkəmə qərarlarının icrası təmin edilsin.