“Bizim immiqrantlara ehtiyacımız var”
“Almaniyanın immiqrantlara ehtiyacı var”.
Adalet.az xəbər verir ki, bunu Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Berlində keçirilən tədbirdə çıxışı zamanı deyib.
Ştaynmayer vətəndaşların mənşəyinə görə bölünməsinə qarşı çıxıb və Almaniya Konstitusiyasının “birinci və ya ikinci dərəcəli vətəndaş” anlayışını tanımadığını vurğulayıb.
Prezident Almaniyanın işçi qüvvəsinə ehtiyac duyduğunu bildirib: “Bu ölkənin sistemin işləməsi üçün immiqrantlara ehtiyacı var. Xəstəxanalar, qocalar evləri və özəl sektor bu insanların əməyinə söykənir”.
Onun sözlərinə görə, Almaniyanın iqtisadi və sosial sisteminin fəaliyyətində immiqrantların mühüm rolu var.
Ştaynmayer Almaniya vətəndaşlarının mənşəyindən asılı olmayaraq bərabər hüquqlara malik olduğunu qeyd edib.
Prezident alman kimliyinin yalnız insanın ailə və ya etnik mənşəyi ilə müəyyən edilmədiyini vurğulayıb. Onun sözlərinə görə, ortaq dil, azadlıq və sülh şəraitində birgə yaşamaq istəyi, həmçinin konstitusiyaya hörmət cəmiyyətin əsas birləşdirici dəyərləridir.
Digər Xəbərlər
26 Avqust 2026 09:39
"Türkiyə Əsri"ni qurmağa başlamışıq - Ərdoğan
26 Avqust 2026 09:34
Pakistanda xəstəxanada yanğın - 14 körpə həlak oldu
26 Avqust 2026 09:32
Köçəryanın oğlu da HƏBS EDİLDİ
26 Avqust 2026 09:24
“Tarakanı öldürməyə qıymadım, gedəndən sonra özümü tənha hiss etdim”
26 Avqust 2026 09:17
ABŞ-də ailə faciəsi - 8 nəfər öldü, 4-ü uşaqdır
25 Avqust 2026 21:00
Hörmüz boğazında müvəqqəti dəhliz yaradılacaq
25 Avqust 2026 20:55
Hörmüz boğazı minalardan tamamilə təmizləndi - Trampdan AÇIQLAMA
25 Avqust 2026 20:41


Bakı -°C

