Bizim silahımız əllərimiz və ürəyimizdir... - Zaur Əliyev yazır
Bunu çox az adam bilir. Milli Qəhrəman Mübariz İbrahimov ermənilərlə döyüşə gedən günü təkbaşına neçə neçə düşməni məhv edəndən sonra onu onu mühasirəyə alırlar. Erməni zabiti Kalaşnikov avtomatını onun üzərinə tuşlayır və təslim olmağı deyir. Mübariz əlində heç bir silah olmadan onun üzərinə gedəndə ermənilər bir neçə yerdən onu güllələdilər. Mübariz onun üzərinə yönlənmiş Kalaşnikovlardan qorxmayaraq son nəfəsinə qədər savaşmağı seçdi. Dünən də İran adlanan yerdə səfirlikdə terrorçunun əlində avtomat kalaşnikov olmasına baxmayaraq Vasif Tağıyev də qorxmadan, ölümü gözə alaraq onun üzərinə getdi. Onun əlindən silahı ala bildi və yaralı olmasına baxmayaraq səfirlikdə olanların nəinki həyatını xilas elədi, düşməni Azərbaycan ərazisi sayılan binadan çıxarda bildi. Bu nəyi göstərir.
Azərbaycanda Mübarizlər,Vasiflərin üzərinə silahla gəlmək olmaz. Silahla bizi qorxutmaq olmaz.
Şuşa fatehləri olan oğullarımız düşmənin avtomat kalaşnikovla atdığı güllələrdən yaralanıb, qanı axa axa düşməni əlləri ilə boğub öldürüblər, 44 günlük müharibədə neçə neçə düşmən əllərində avtomat olmasına baxmayaraq bizim igidlər tərəfindən əli yalın olaraq məhv ediliblər.
Bizim xalq budur. Bir Mübariz ölər, bir Vasif doğular. Bir əsgər şəhid olar, yüz əsgər doğular..
Ona görə bütün dünya bilməlidir...Bizim üstümüzə silahla gəlməyin. Bizim silahımız əllərimiz və ürəyimizdir...
Digər Xəbərlər
29 Dekabr 2025 11:36
FHN bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
29 Dekabr 2025 10:41
“Kişilərin müraciətlərinin arxasında bunu bilmədən nəticə çıxarmaq...”
29 Dekabr 2025 10:28
Səhiyyə Nazirliyi nəzdində Kibertəhlükəsizliyə Nəzarət və Monitorinq Mərkəzi fəaliyyətə başlayıb
29 Dekabr 2025 09:49
DİQQƏT: Partlayış səsləri eşidiləcək
29 Dekabr 2025 09:44
“ASAN xidmət” işçilərinin peşə bayramı günü qeyd edilir
27 Dekabr 2025 13:10
Kamran Əliyev prokurorlarla vəkillərin əməkdaşlığından danışdı
27 Dekabr 2025 12:55
DİN bayram günlərində azad olunan ərazilərə gedənlərə müraciət etdi - VİDEO
27 Dekabr 2025 11:11


Bakı -°C

