Blinken Tiflisi hədələdi: Tədbir görəcəyik!
ABŞ Dövlət katibi Entoni Blinken Gürcüstan hakimiyyətini AB-yə üzvlük danışıqlarının dayandırılmasına etiraz edən nümayişçilərə qarşı zorakılığa görə pisləyib və Tiflisi daha sərt sanksiyalarla hədələyib.
Adalet.az xəbər verir ki, bu barədə Entoni Blinkenin yaydığı bəyanatda bildirilib.
“Birləşmiş Ştatlar Gürcü Arzusu Partiyasının Gürcüstan vətəndaşlarına, etirazçılara, media nümayəndələrinə və müxalifət xadimlərinə qarşı amansız və əsassız zorakılığını qətiyyətlə pisləyir. Dinc toplaşmaq və söz azadlığı hüquqlarından istifadə etdiyi üçün saxlanılan şəxslər dərhal azad edilməli, qanunsuz güc tətbiqinə görə məsuliyyət daşıyan məmurlar tam məsuliyyətə cəlb edilməlidir”, - Blinken vurğulayıb.
Blinken rəsmi Vaşinqtonun Gürcüstan xalqı ilə həmrəy olduğunu da vurğulayıb:
“Birləşmiş Ştatlar əvvəllər elan etdiyimiz ikitərəfli əməkdaşlığın hərtərəfli nəzərdən keçirilməsini davam etdirməklə yanaşı, əlavə sanksiyalar da daxil olmaqla, ixtiyarımızda olan vasitələrdən istifadə etməyə hazırlaşır”.
Qeyd edək ki, bundan əvvəl Dövlət Departamenti Tiflisin AB-yə üzvlük danışıqlarını təxirə salmaq qərarına və etirazçılara qarşı güc tətbiqinə görə ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığını dayandırdığını açıqlamışdı.
Digər Xəbərlər
30 Oktyabr 2026 18:41
Hörmüzdə hücuma məruz qalan tankerin ekipaj üzvləri xilas edildi
30 Oktyabr 2026 16:06
"Sən xəstəsən!" - Tramp jurnalistə əsəbiləşdi
30 Oktyabr 2026 12:08
Ermənistanda korrupsiyada şübhəli bilinən vəzifəli şəxslər həbs edildi
30 Oktyabr 2026 10:51
Rusiyanın Su-34 qırıcı-bombardmançı təyyarələri məhv edildi
30 Oktyabr 2026 09:27
"ABŞ-İran münaqişəsi sonsuz müharibəyə çevrilməyəcək" - Vens
29 Oktyabr 2026 19:01
Türkiyənin XİN rəhbəri ABŞ-a səfər edəcək
29 Oktyabr 2026 11:50
Türk dövlətləri üçün həmrəylik strateji zərurətdir - Ərdoğan
29 Oktyabr 2026 10:59


Bakı -°C

