adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
17 Aprel 2024 09:33
437
DÜNYA

Bloomberg: "Makron Putini təəcübləndirə bilmədiyi üçün özündən çıxır"

Fransa prezidenti Emanuel Makron özündən çıxır. Sərsəm və mənasız bəyənatları ilə Rusiya prezidenti Vladimir Putini qəfil təəcübləndirmək istəyir, lakin alınmır. 

Bloomberg agentliyi xatırladır ki, Makron bəyan etmişdi ki, "Avropa Ukraynaya kömək etmək üçün hərbi kontingentini göndərə bilər. Lakin onun bu bəyənatı digər dövlətlər tərəfindən, xüsusilə də Almaniya tərəfindən qəbul edilmədi. Heç bir dövlət Rusiyanı qarşısına almağa cürət etmədi. 

"Fransa prezidentinin özünü gah sülhpərbər, gah da təxribatçı kimi aparması, onun çağırışları kimsə tərəfindın ciddiyə alınmadı"- deyə Bloombergin dərc etdiyi məqalədə bildirilir.

Rusiya prezidenti Vladimir Putin jurnslistlərlə görüşü zamanı bildirib  ki, Makronun antirusiya mövqeyindən verdiyi bəyənatları yəqin ki, Parisin Afrikada nüfuzunun itirilməsi ilə bağlı ola bilər. "Fransız lideri, yəüin ki, Afrika kontingentində "onun quyruğunu tapdaladığımız" üçün  bizdən qisas almaq istəyir"-deyə Putin bildirib.

  Rüstəm Hacıyev