Bloqerin jurnalistə qarşı verdiyi xüsusi ittiham qaydasında şikayət rədd edildi
Bloqer Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Adalet.az-ın "Unikal"a istinadən məlumatına görə, Sumqayıt Apellyasiya Məhkəməsində hakim Elman Əhmədovun sədrliyi ilə keçirilən ilkin baxış iclasında bloqerin jurnalistə qarşı vermiş olduğu ittiham öz təsdiqini tapmayıb.
Bu səbəbdən prosesdə şikayətin rədd olunması haqqında qərar qəbul edilib.
Xatırladaq ki, bloqer Sevinc Hüseynova jurnalist Səidə Bəkirqızına qarşı Cinayət Məcəlləsinin 147.1-ci (Böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma) və 148-ci (təhqir) maddələri ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı Sumqayıt şəhər Məhkəməsinə müraciət edib.
Sumqayıt Şəhər Məhkəməsində hakim Ramiz Quliyevin sədrliyi ilə Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi ərizəyə baxılmışdı.
Məhkəmə baxışının nəticəsi olaraq xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülməyib.
Digər Xəbərlər
16 Oktyabr 2026 15:24
Azərbaycan türkiyəli jurnalisti beynəlxalq axtarışa verdi - Cinayət işi açıldı
09 Oktyabr 2026 17:55
Könül Qasımovanın həbs müddəti uzadıldı
07 Oktyabr 2026 11:56
Məhkəmədə Elza Seyidcahan Rəşid Mahmudova qalib gəldi
29 Sentyabr 2026 14:38
Cəzasızlıq yeni cinayətlərin törədilməsinə gətirib çıxarır - Kamran Əliyev
29 Sentyabr 2026 11:09
Qarabağ Universitetinin müəllimi əxlaqsız hərəkətlərə görə həbs olundu
29 Sentyabr 2026 10:53
Baş prokuror xaricdə Azərbaycana qarşı cinayətlər törətməkdə ittiham edilən şəxslərdən danışdı
21 Sentyabr 2026 12:09
Ramiz Mehdiyevin məhkəməsi başladı - YENİLƏNİB
21 Sentyabr 2026 10:39


Bakı -°C

