BMT təmsilçisi Lila Peters Zəngəzurda: "Ermənilərə heyran qaldım"

BMT-nin Ermənistandakı rezident əlaqələndiricisi Lila Peters Yahiayi Zəngəzur ərazisinə gəlib.
Adalet.az Armenpress-ə istinadən xəbər verir ki, Lila Peters Yahiyanın sədrliyi ilə BMT-nin Ermənistan nümayəndəliyi qrupu Ermənistanın Qeqarkunik vilayətinə səfəri zamanı Azərbaycanın hücumu nəticəsində zərər çəkmiş yaşayış məntəqələrinə baş çəkib.
Nəşr bildirir ki, Lila Peters Yahiya səfərinin məqsədini açıqlayarkən bildirib ki, BMT-dəki həmkarlarımla birlikdə Qavarda, Şatvanda, Norabakda, Kutda, Sotkda olduq:" Ermənilərdəki dözümlülüyə heyran qaldım.Əhalinin vəziyyəti ilə bağlı bir sıra suallara cavab tapmağa çalışdıq".
Qeyd edək ki, bu ilin martında BMT-nin Azərbaycan nümayəndəsinin Şuşa səfəri, orada dövlət bayrağımızla BMT bayrağının yanaşı dalğalanması ermənilərə əməllicə od vurmuşdu. Hətta BMT-nin İrəvan koordinatoru Lila Peters Ermənistan XİN-ə çağırıldı və ona rəsmi “etiraz” bildirilib. Ermənilərin düşüncəsinə görə təşkilatın Bakı təmsilçisi Azərbaycanın dilbər guşəsi Şuşaya yox, ermənilər hazırda yaşadığı bir şəhərə səfər edib.
Əntiqə Rəşid
Digər Xəbərlər

Qəzza zolağı üçün beynəlxalq hərbi kontingentə bu ölkə rəhbərlik edəcək

Bu ölkədə matəm elan olundu

Orbandan Tramp-Putin sammiti ilə bağlı açıqlama

"Türkiyə ilə çox yaxşı dialoqumuz var" - Mirzoyan

“Trampın fikrincə, Rusiya neft və qazını sata bilməsə, müharibəni...”

"ABŞ-nin köməyi ilə bu müharibəni dayandıra bilərik" - Zelenski

Ağ Evdə Tramp-Zelenski görüşü keçirildi - VİDEO + YENİLƏNİB
