adalet.az header logo
  • Bakı -°C
15 Sentyabr 2026 09:15
42
DÜNYA
A- A+

Hörmüzdə ABŞ PUA-sı vuruldu

İran İnqilab Keşikçiləri Korpusu Hörmüz boğazının qərbində ABŞ istehsalı olan MQ-1 tipli pilotsuz uçuş aparatının (PUA) vurulduğunu açıqlayıb.

Adalet.az  xəbər verir ki, IRNA İnqilab Keşikçiləri Korpusunun bununla bağlı yaydığı açıqlamanı dərc edib.

Bildirilir ki, MQ-1 tipli PUA Hörmüz boğazının qərbində İranın hava hücumundan müdafiə sistemləri tərəfindən aşkarlanaraq vurulub.

İnqilab Keşikçiləri ötən gün səhər saatlarında da Hörmüz boğazı üzərində eyni tipli PUA-nın vurulduğunu açıqlamışdı.

Qeyd edək ki, ABŞ tərəfindən 1990-cı illərdə istehsal edilən MQ-1 PUA-lar ilkin olaraq müşahidə və kəşfiyyat məqsədləri üçün hazırlanıb. Daha sonra aparatlara əlavə kameralar və raketlər quraşdırılıb.