BMW 318 mindən çox avtomobili geri çağırır
BMW şirkəti ABŞ bazarında təhlükəsizlik səbəbindən genişmiqyaslı geriçağırma kampaniyasına başlayıb.
Adalet.az xarici mətbuata istinadən xəbər verir ki, məlumata görə, qərar mühərrik starterinin həddindən artıq qızması nəticəsində yanğın riskinin yaranması ehtimalı ilə əlaqədardır. Bu səbəbdən ümumilikdə 318 495 avtomobil geriçağırma proqramına daxil edilib.
Kampaniya BMW-nin 3 və 4 seriyaları, "X3", "X4" modelləri, eləcə də BMW ilə eyni platformada istehsal olunan "Toyota Supra" avtomobillərini əhatə edir.
Şirkət bildirib ki, qüsur aşkar olunan avtomobillərin starterləri rəsmi diler mərkəzlərində heç bir ödəniş tələb olunmadan yenisi ilə əvəz ediləcək. Bununla da mümkün təhlükənin qarşısının alınması nəzərdə tutulur.
Digər Xəbərlər
24 Avqust 2026 09:11
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
24 Avqust 2026 09:00
Bakıda bu yollar həftənin ilk gününə tıxacla başladı
17 Avqust 2026 17:57
Sürücüsüz avtomobillər Azərbaycana gəlir?
17 Avqust 2026 10:24


Bakı -°C

