adalet.az header logo
  • Bakı -°C
24 Avqust 2026 09:11
70
AVTOMABİL
A- A+

Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO

Avtomobillərin yeni ehtiyat hissələrinin bazarında azalması müşahidə edilir.

Adalet.az Xəzər Tv-yə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında Azərbaycana nəqliyyat vasitələrinin detallarının idxalı ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz, dəqiq rəqəmlə desək, 193 milyon dollardan çox azalıb.

Buna səbəb nədir?

Avtomobil ustası Cəlil Əhmədov deyir ki, səbəblər arasında sürücülərin ikinci əl ehtiyat hissələrinə daha çox üstünlük verməsidir. Xüsusilə bahalı avtomobillərin ehtiyat hissələrinin qiyməti sürücüləri alternativ seçimlərə yönəldir.

Cəlil usta hesab edir ki, ikinci əl ehtiyat hissəsinə artan tələb yeni detalların alıcılıq qabliyyətinə ciddi təsir edib.

Detallara gəldikdə isə, usta deyir ki, işlənmiş hissələr uzunömrülü olmaqla yanaşı, onların qiyməti də münasibdir. Təhlükəsizliyinə gəldikdə isə, Cəlil Əhmədovun sözlərinə görə, bunun heç bir riskli tərəfi yoxdur.

Usta hesab edir ki, ikinci əl ehtiyat hissəsi mühərrikdəki detallar və əsasən də elektron sensorlar üçün çox əlverişlidir. Lakin alt işlək hissələrdən xüsusən də əyləc sistemində yenisinə üstünlük verilməsi daha yaxşı olar.