Təkrar satışda ən çox dəyər itirən 5 avtomobil – SİYAHI
Təkrar satış zamanı bəzi avtomobillər ilkin qiymətinin əhəmiyyətli hissəsini itirir.
Adalet.az xəbər verir ki, avtomobil məlumatları üzrə ixtisaslaşan “carVertical”ın araşdırmasına əsasən, təkrar satışda ən çox dəyər itirən avtomobillər müəyyənləşdirilib.
Araşdırmada yüksək dəyər itkisinə məruz qalan iki əsas avtomobil kateqoriyası diqqət çəkib. Bunlardan birincisi yüksək alış qiyməti və texniki xidmət xərcləri səbəbindən işlənmiş avtomobil bazarında alıcıların marağını daha az cəlb edən premium modellərdir. İkinci kateqoriyanı isə elektrik avtomobilləri təşkil edir.
Məlumata görə, təkrar satışda ən çox dəyər itirən beş avtomobilin hamısı elektriklə işləyən modellərdir.
Siyahıda ilk sırada “Renault Zoe” qərarlaşıb. Model 5 il ərzində ilkin dəyərinin 62,8 faizini itirir. Təxminən 32 min 500 avroya yeni alınan avtomobil 5 ildən sonra orta hesabla 12 min avroya satıla bilər. Bu isə sahib üçün təxminən 20 min 500 avro dəyər itkisi deməkdir.
Siyahının ikinci pilləsində “Nissan Leaf” yer alıb. Bu model 5 il ərzində dəyərinin 62,2 faizini itirir.
Ən çox dəyər itirən digər avtomobillər isə bunlardır:
- “Renault Zoe” – 62,8%
- “Nissan Leaf” – 62,2%
- “Volkswagen ID.3” – 58,1%
- “Audi e-tron” – 56,7%
- “Tesla Model 3” – 56,2%
Araşdırmanın nəticələri göstərir ki, elektrik avtomobilləri yeni alındıqdan sonra təkrar satış zamanı ən ciddi qiymət itkisi ilə üzləşən modellər arasında üstünlük təşkil edir.
Bu vəziyyət avtomobilini gələcəkdə satmağı planlaşdıran sahiblər üçün əlverişsiz olsa da, ikinci əl elektrik avtomobili almaq istəyənlər üçün daha münasib qiymət imkanları yarada bilər.
Digər Xəbərlər
31 Avqust 2026 18:21
16 istiqamətdə tıxac var - SİYAHI
31 Avqust 2026 10:27
Amerikada maşınların bahalaşması Azərbaycan bazarına təsiri edə bilər? - VİDEO
31 Avqust 2026 09:00
Mərkəz Bakıda tıxaclı yolların siyahısını açıqladı
30 Avqust 2026 16:00
Putin yeni “Volqa”nı ilk dəfə sürdü - VİDEO
30 Avqust 2026 10:48
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
27 Avqust 2026 18:50
Paytaxtın bu küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
24 Avqust 2026 09:11
Avtomobil ehtiyat hissələrinin idxalı azalıb - VİDEO
24 Avqust 2026 09:00


Bakı -°C

