“BMW” hasara çırpıldı - Sərnişin belə çıxarıldı - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Sabunçu rayonu, Ceyhun Şərifov küçəsində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Adalet.az xəbər verir ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “BMW” markalı minik avtomobilinin idarəetməni itirərək yol kənarındakı hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və sərnişin deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1962-ci il təvəllüdlü Hüseynov Elçin Əlövsət oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Digər Xəbərlər
14 Oktyabr 2026 17:22
Sərxoş halda maşını aşırdı - Arvadı öldü, 12 yaşlı oğlu yaralandı - Yenilənib
14 Oktyabr 2026 17:05
Ənvər Qafarlı vəfat etdi
13 Oktyabr 2026 16:08
Məktəbdə İNSİDENT: Yaralananlar var
13 Oktyabr 2026 15:36
Məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi
13 Oktyabr 2026 14:51
Motosikletçi tərbiyəsizlik etdi...
13 Oktyabr 2026 11:30
Azərbaycanlıların olduğu daha bir gəmi vuruldu
13 Oktyabr 2026 10:08
Bakıda skuter və motosikletin iştirakı ilə baş verən qəzalar - VİDEO
13 Oktyabr 2026 09:15


Bakı -°C

