Bölgələrdə də məktəblər bağlanacaq? - Nazirlikdən AÇIQLAMA
Tədrisin qismən ənənəvi formada təşkili digər bölgələrdə əvvəlki qaydada qalır. Bu qərar yalnız nəzərdə tutulmuş şəhər və rayonlara aiddir.
Bunu Trend-ə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.
Onun sözlərinə görə, tədrisin təşkili ilə bağlı qərar olduqda Təhsil Nazirliyi onu dərhal öz resursları üzərindən paylaşır və ictimaiyyətə bu barədə məlumat verir:
"Təhsil Nazirliyi pandemiya şəraitində tədrisin təşkili ilə bağlı hansı imkanlar, resurslar varsa, onları təqdim etməyə çalışır. Bununla bağlı müxtəlif həllər təklif edir. Distant tədrisin təşkili ilə təkmilləşdirmələr getdikcə artır. Düşünürəm ki, bizim bu məsələ ilə bağlı builki nəticələrimiz keçən ilkindən xeyli yaxşıdır".
Qeyd edək ki, pandemiya ilə əlaqədar oktyabrdan fevraladək ölkədə ənənəvi tədrisin təşkili dayandırılmışdı. Bu il fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində ənənəvi tədris qismən bərpa olundu. Lakin mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi müvəqqəti olaraq, distant (məsafədən) formaya keçirilməsi ilə bağlı qərar verilib.
Digər Xəbərlər
18 Sentyabr 2026 10:24
Lənkəran Dövlət Universiteti və Lənkəran Dövlət Peşə Təhsil Mərkəzi birgə kadr hazırlığına başladı
16 Sentyabr 2026 17:50
Türkiyə-Azərbaycan Universitetində Bilik Günü qeyd olundu
16 Sentyabr 2026 11:05
Nazir ƏMR İMZALADI: Yeni dərs ilində...
16 Sentyabr 2026 10:20
“Birinci sinfə gələn uşağın artıq illərlə formalaşmış dil təcrübəsi var”
15 Sentyabr 2026 16:20
LDU-da yeni tədris ilinə start verildi
15 Sentyabr 2026 12:35
Azərbaycan Universitetində 2026/2027-ci tədris ilinə start verilib
15 Sentyabr 2026 12:12
Bu gün uşaq evlərindən 39 uşaq birinci sinfə gedir
15 Sentyabr 2026 11:09


Bakı -°C

