adalet.az header logo
  • Bakı -°C
10 Fevral 2026 17:29
79
ŞOU-BİZNES
A- A+

"Boşananları 50 min dollar cərimələsinlər" - Eldəniz Məmmədov

Müğənni Eldəniz Məmmədov boşanmalardan danışıb.

Adalet.az xəbər verir ki, sənətçi "Günə bax" verilişində son günlər ayrılıqların çoxalmasından şikayətlənib. 

"Sevgi azalır, boşanmaların sayı çoxalır. Sevgi olsa, boşanmazlar. Sosial şəbəkədə tanışlıq artıb. Türkiyədə qanun var ki, ayrılanlar dövlətə 30-40 min dollar cərimə ödəməlidirlər. Bizdə də bu qanun olsun. 50 min dollar cərimə yazsınlar. Onda görün hamısı necə yola gedir. Bir yerə getmə deyirsə, dava düşür. Xırda şeylərə görə yola getmirlər".