adalet.az header logo
  • Bakı -°C
02 Aprel 2026 13:22
67
ŞOU-BİZNES
A- A+

Prodüser: “Mənə yalan danışmağa başlamışdı…”

İdris Cəfərov vaxtilə prodüseri olduğu Hüseyn Dəryadan  söz açıb. 

Adalet.az xəbər verir ki, o, mərhum reperlə aralarında yaranan gərginliyini əsas səbəbi ki, narkotiki qeyd edib:

“Narkotikə olan təlabatından mənə yalanlar danışmağa başladı.  Aramızda maddi problemlər yarandı. Daha sonra isə münasibətlərimiz kəskinləşdi. Hətta bir- birimizi danışdırmadıq. O zamanlar restroran biznesi ilə məşğul idim.

Mənə yalandan deyirdi ki, bu gün iş yoxdur. İş olmayanda pulu götürüb hər yerə tək gedirdi.  Sonra mən restoran sahiblərinə zəng edirdim ki, nə məsələdir? Niyə iş yoxdur? Onlar isə hər gün işin olduğunu deyirdilər. Və beləliklə bir çox yerlər mənə görə onu işdən azad etdilər . Bu hal onunla aramzda problemə çevrildi.

Son dönəmlərində isə Lətafət xanımla çalışırdı. Ancaq  həmin vaxt  Hüseynin  koryerası demək olar ki, sonlanmışdı. 
Bu asılılığına görə televiziyalarda “ qara siyahı”ya daxil edildi”.

Əntiqə