adalet.az header logo
  • Bakı -°C
23 Noyabr 2026 11:52
175
MƏMLƏKƏT
A- A+

Boşanmaların sayına görə ilk sırada hansı rayon gəlir?

2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanda şəhər və rayonlar üzrə ən çox boşanma Bakının Xətai rayonunda qeydə alınıb.

Dövlət Statistika Komitəsinin hesabatına görə, ilin ilk doqquz ayında Xətai rayonunda 651, Sumqayıtda 621, Yasamal rayonunda 556, Gəncədə isə 499 boşanma qeydə alınıb:

1 Xətai rayonu 651
2 Sumqayıt şəhəri 621
3 Yasamal rayonu 556
4 Gəncə şəhəri 499
5 Binəqədi rayonu 478
6 Abşeron rayonu 464
7 Suraxanı rayonu 427
8 Nərimanov rayonu 423
9 Ağdam rayonu 416
10 Sabunçu rayonu 403

Bakı üzrə 4 358 boşanma qeydə alınıb. İlk onluqdakı şəhər və rayonlarda 4 938 boşanma qeydə alınıb. Bu, ölkə üzrə qeydə alınan 15 030 boşanmanın 32,9 faizini təşkil edib. Ölkə üzrə boşanmaların sayı ötən ilin eyni dövrü ilə müqayisədə 450 və ya 2,9 faiz azalıb.