Böyük Britaniya Baş nazirinin ticarət elçisi Azərbaycana gəlir
Böyük Britaniya Baş nazirinin ticarət elçisi Baronessa Nikolson Azərbaycana səfərə gəlir.
Bu barədə Adalet.az-a Böyük Britaniyanın Bakıdakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, ticarət elçisi Bakı Enerji Həftəsində iştirak etmək və Böyük Britaniyanın Azərbaycanla iqtisadi əlaqələrin gücləndirilməsinə sadiqliyini vurğulamaq üçün bu gün Azərbaycana dördgünlük rəsmi səfər edəcək.
Baronessa Nikolson səfəri çərçivəsində energetika naziri Pərviz Şahbazov, mədəniyyət naziri Anar Kərimov, parlamentin sədri Sahibə Qafarova, enerji, tikinti və səhiyyə şirkətlərinin nümayəndələri ilə görüşəcək. O, işğaldan azad edilən ərazilərin bərpasında əməkdaşlıq imkanlarını müzakirə etmək üçün Prezidentin Zəngilan, Qubadlı və Cəbrayıl rayonları üzrə xüsusi nümayəndəsi Vahid Hacıyev və Prezidentin Şuşa üzrə xüsusi nümayəndəsi Aydın Kərimovla da görüşəcək.
Səfər zamanı Baronessa Nikolson Azərbaycanın enerji bazarı imkanlarını və enerji keçidini müzakirə etmək üçün “Baku Connect Event”də də iştirak edəcək. O, həmçinin Bakı Enerji Həftəsi və Bakı Enerji Forumunda da iştirak edəcək.
Digər Xəbərlər
26 Sentyabr 2026 09:45
Daxili siyasətin əsas prioritetlərindən biri açıqlandı
26 Sentyabr 2026 09:30
Azərbaycana 350 milyard dollar investisiya yatırılıb
25 Sentyabr 2026 21:21
II Beynəlxalq İnvestisiya Forumunun ilk günü başa çatdı
25 Sentyabr 2026 13:58
TRİPP mühüm vasitədir - Diplomat
25 Sentyabr 2026 12:58
AIIF çərçivəsində 12 sənəd imzalandı - YENİLƏNİB
25 Sentyabr 2026 12:03
"Öz iqtisadiyyatımıza investisiya qoymaqdan çəkinmirik" - Nazir
25 Sentyabr 2026 08:51
"Onlardan 406 müəssisə özəl sektorun təmsilçisidir"
24 Sentyabr 2026 22:26


Bakı -°C

