Böyük Britaniyadan Putinin doğmalarına sanksiya: Əmisi oğlu, qızları, eks xanımı və sevgilisi...
Xarici mətbuatın yazdığına və bizim sizlərə verdiyimiz xəbərə görə , Rusiya Prezidenti Vladimir Putinin məşuqəsi, gimnast Alina Kabayeva dörd uşağı ilə İsveçrədə gizlənib. Putin bu birlikdəliyi açıqlamasa da, hətta ciddi cəhdlə gizlətməyə çalışsa da, Kabayeva ilə bir yerdə olduğu çoxdan dünyaya məlumdur. Hətta gimnast rusiyalı liderdən dörd uşaq dünyaya gətirib. Onların 2015-ci ilin fevralında İsveçrənin Luqano şəhəri yaxınlığında doğulan əkiz qızları və iki oğlu var. Bütün uşaqların İsveçrə pasportu var. Ehtimal olunur ki, Kabayeva da artıq İsveçrə vətəndaşıdır.
Adalet.az yenə də xarici mediaya istinadən bildirir ki Böyük Britaniya Rusiya prezidentinin maliyyə şəbəkəsinə qarşı sanksiyaların tətbiq edib və sanksiyaların son mərhələsini elan edib. Siyahıda Putinin qeyri-rəsmi arvadı, bədii gimnastika üzrə rusiyalı olimpiya çempionu Alina Kabayevanın da adı var.
Avropa İttifaqı (Aİ) Alinaya sanksiya tətbiq etməyi təklif etdikdən sonra qərar qəbul edilmişdi. Qərarın icrası artıq başlayıb.

Qeyd edək ki, indiyənə qədər Böyük Britaniyanın sanksiyalar siyahısına 1000-dən çox fiziki və 100 hüquqi şəxs daxil edilib. Sanksiya tətbiq edilənlər arasında Putinin keçmiş həyat yoldaşı Lyudmila Oçeretnaya,qızları – Mariya Vorontsova və Katerina Tixonova, eyni zamanda Rusiya liderinin əmisi oğlu Mixail Şelomov da var. Britaniyanın sanksiyalar siyahısında həmçinin Rusiya xarici işlər naziri Sergey Lavrovun qızı - Yekaterina Vinokurovanın adı da var.
Əntiqə Rəşid
Digər Xəbərlər
01 Yanvar 2026 19:00
Hakan Fidan Rüstəm Umеrovla görüşüb
01 Yanvar 2026 10:20
Zelenski: Sülh sazişinin 90 faizi hazırdır
01 Yanvar 2026 10:11
Amsterdamda Yeni il gecəsi 150 illik kilsə binası yanaraq məhv oldu
01 Yanvar 2026 08:35
Türkiyəli qadın Trampın qızı olduğunu iddia edir
31 Dekabr 2025 16:11
Gürcüstanda 50 milyonluq heroin müsadirə edildi
31 Dekabr 2025 16:00
"2026-cı il Avropa üçün həlledici ola bilər" - Fridrix Merts
31 Dekabr 2025 15:41
Türkiyədə 3 çoban qar uçqununa düşdü - Axtarış aparılır
31 Dekabr 2025 15:16


Bakı -°C

