Böyük qayıdış: Daha 368 nəfər doğma yurda döndü - YENİLƏNİB
Növbəti köç Xocavənd rayonunun Xocavənd kəndinə çatıb.
Adalet.az xəbər verir ki, bu mərhələdə 36 nəfərdən ibarət 11 ailə köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
08:24
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Adalet.az xəbər verir ki, Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar və Həsənriz, Xocavənd rayonunun Xocavənd, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Ağdərə rayonunun Çıldıran kəndinə 3 ailə - 13 nəfər, Aşağı Oratağ kəndinə 21 ailə - 108 nəfər, Heyvalı kəndinə 7 ailə - 34 nəfər, Çapar kəndinə 4 ailə - 17 nəfər, Həsənriz kəndinə 6 ailə - 29 nəfər, Xocavənd rayonunun Xocavənd kəndinə 11 ailə - 36 nəfər, həmçinin Cəbrayıl rayonunun Horovlu kəndinə 30 ailə - 131 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Digər Xəbərlər
20 Aprel 2026 19:15
Xanım sürücülər diqqətli olsa...
20 Aprel 2026 17:51
Naxçıvanda çaylardan sel keçdi
20 Aprel 2026 17:40
Bu əhəng daşı və qum-çınqıl yataqları "AzerGold"un istifadəsinə verilib
20 Aprel 2026 13:23
Sabunçu tunelindəki təhlükəli vəziyyət aradan qaldırıldı
20 Aprel 2026 12:31
Sabah yağış yağacaq
20 Aprel 2026 11:13
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərində sosial-emosional öyrənmə proqramı icra olunur
20 Aprel 2026 10:04
Yayda meyvə-tərəvəzlər bahalaşa bilər - VİDEO
20 Aprel 2026 09:35


Bakı -°C

