Böyükşor gölünə kanalizasiya suları axıdılır? - Rəsmi açıqlama
Böyükşor gölündən 02.02.2026-cı il tarixində Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin tabeliyində Mərkəzi laboratoriya tərəfindən götürülmüş su nümunələrinin analiz nəticələrinə görə göldə yeni fekal çirklənmə, yəni kanalizasiya sularının axıdılması faktı təsdiq edilmir. Belə ki, göl suyunda ammonium ionunun qatılığının aşağı olması yeni fekal çirklənmənin olmadığına dəlalət edir.
Bu barədə Adalet.az-a Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətindən məlumat verilib.
Qeyd olunur ki, göl suyunun mühit reaksiyasının qələvi olması və səthi aktiv maddələrin aşkarlanması suda daha çox yuyucu vasitələrin (detergentlər) mövcudluğunu göstərir.
Yüksək elektrik keçiriciliyi, həll olmuş duzların və xloridlərin yüksək miqdarı küləksiz günlərdə səthi aktiv maddələrin suda qeyri aktiv formada olmasına səbəb olur.
Küləkli hava şəraitində isə suyun mexaniki qarışması və hava ilə təmasının artması nəticəsində səthi aktiv maddələr səthdə toplanaraq köpük əmələ gətirir. Bu, sabunlu sular üçün tipik olan fiziki reaksiya ilə şərtlənən köpüklənmə effektidir, yəni ani çirklənmə hadisəsi deyil.
Məlumat üçün bildiririk ki, Dərnəgül-Bakıxanov-Qaraçuxur-Hövsan xətti üzrə inşasına başlanılmış 10.4 km-lik kollektorun,həmçinin Biləcəri, Binəqədi, M.Ə.Rəsulzadə, Mehdiabad və Digah xətti üzrə 16 km-lik gətirici kollektorun və məhsuldarlığı40 000 m3/gün olan qurğunun tikintisi və AzərbaycanRespublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqedilmiş Bakı şəhərində və Abşeron yarımadasında sutəchizatı, yağış və tullantı suları sistemlərinintəkmilləşdirilməsinə dair 2026-2030-cu illər üzrə DövlətProqramında nəzərdə tutulmuş tədbirlərin yerinəyetirilməsi təmin ediləcəkdir ki, nəticədə ətraf ərazilərdə formalaşan tullantı sularının idarə ediləcək və Böyükşor gölünün ekoloji vəziyyəti yaxşılaşacaqdır.
Digər Xəbərlər
03 Aprel 2026 16:11
Sabahdan yağış başlayır - XƏBƏRDARLIQ
03 Aprel 2026 13:10
Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27


Bakı -°C

