07 Oktyabr 2024 10:24
903
İQTİSADİYYAT

"Brent" ucuzlaşdı

Dünya birjalarında neft ucuzlaşıb.

Adalet.az xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,35 dollar azalaraq 77,7 dollar olub. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,25 dollar azalaraq 74,13 dollar təşkil edib.