Özbəkistandan Məkkəyə velosipedlə gedir - VİDEO
Özbəkistandan velosipedlə ümrə ziyarətinə gedən zəvvar Azərbaycandan keçib.
Adalet.az xəbər verir ki, Özbəkistan vətəndaşı Qəhrəman Eşmirzəyev velosipedlə yola çıxaraq Səudiyyə Ərəbistanına - Məkkəyə Ümrə ziyarətinə getdiyini bildirib.
O qeyd edib ki, əvvəlcə Tacikistan, Əfqanıstan və İran üzərindən keçməyi planlaşdırsa da, yolların bağlı olması səbəbindən marşrutunu dəyişib. Buna görə də təxminən 40 gün vaxt itirib.
Səyyahla tanış olanlar onu süfrələrinə də dəvət ediblər. Azərbaycan yeməkləri onun xoşuna gəlib.
Qəhrəman Eşmirzəyev vurğulayıb ki, Türkiyəyə keçəndə üzərində pul qalmasa, orada çalışıb pul əldə edib yoluna davam edəcək.
Digər Xəbərlər
19 Aprel 2026 20:00
Ukraynalı uşaqlar reabilitasiya üçün Azərbaycana gətirildi
18 Aprel 2026 16:00
Mehriban Əliyeva Antalyada Fələstinə həsr olunan tədbirdə - FOTOLAR
17 Aprel 2026 22:19
Mehriban Əliyeva Antalya Forumundan görüntülər PAYLAŞDI - VİDEO
17 Aprel 2026 17:35


Bakı -°C

