adalet.az header logo
  • Bakı -°C
04 Mart 2026 19:34
89
DÜNYA
A- A+

Britaniya Fransanın yenilənmiş nüvə doktrinasını dəstəkləyib

Böyük Britaniya Fransa Prezidenti Emmanuel Makronun təqdim etdiyi Parisin yenilənmiş nüvə doktrinasını dəstəkləyib.

Adalet.az xəbər verir ki, bu barədə TASS Böyük Britaniyanın Baş naziri Kir Starmerin dəftərxanasının bəyanatına istinadən məlumat yayıb.

"Biz Prezident Makronun nüvə məsələlərində müttəfiqlərlə daha sıx əməkdaşlıq təklifini alqışlayırıq", - məlumatda bildirilib.

Qeyd olunub ki, Böyük Britaniya və Fransa Avropaya qarşı təhdidlərin qarşısını almaqda qətiyyətlidir.

Doktrina Fransanın Aİ-dəki tərəfdaşlarının nüvə silahı proqramında iştirakını nəzərdə tutur. Almaniya hökuməti artıq bu proqramda iştirakı barədə elan edib. Polşa hökuməti də doktrinaya qoşulmaq istədiyini bildirib.