adalet.az header logo
  • Bakı -°C
04 Mart 2026 20:42
66
DÜNYA
A- A+

Tehrandakı yaşayış binaları VURULDU - VİDEO/FOTO

Tehran üzərindəki hava hücumlarının intensivləşdiyi bir vaxtda paytaxtın cənub-şərq hissəsində yerləşən Borucerdi yaşayış kompleksinə ağır zərbə endirilib.

Adalet.az xəbər verir ki, yerli vaxtla saat 11:40 radələrində baş verən hücum nəticəsində çoxmərtəbəli yaşayış binasının yuxarı mərtəbələri tamamilə dağılıb.

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə binadan qatı tüstü qalxdığı və dağıntıların ətrafa səpələndiyi aydın görünür. İlkin məlumatlara görə, hücum İsrail və ABŞ qüvvələrinin keçirdiyi növbəti hədəfə alınmış əməliyyatın tərkib hissəsidir.

Xatırladaq ki, fevralın 28-də başlayan “Nərildəyən şir” əməliyyatı artıq beşinci gündür davam edir. İndiyədək Tehranın mərkəzindəki bir çox dövlət binaları, o cümlədən Ali Liderin iqamətgahı və Ekspertlər Şurasının binası zərbələrə məruz qalıb.