Britaniya Qrenlandiyaya qoşun göndərə bilər
Qrenlandiyanın təhlükəsizliyini gücləndirmək və ABŞ tərəfindən ilhaqının qarşısını almaq üçün Böyük Britaniya hökuməti adaya qoşun göndərmək istəyir.
Adalet.az xəbər verir ki, bu barədə “The Sunday Telegraph” məlumat yayıb. Bildirilib ki, Britaniya bununla bağlı Avropa ölkələri ilə müzakirə aparır.
Nəşrin məlumatına görə, Böyük Britaniya hərbi komandanlığı Qrenlandiyada NATO missiyasının yaradılması planları üzərində işləyir. Qeyd olunur ki, son günlərdə Britaniya rəsmiləri hərbi kontingentlərin yerləşdirilməsi üçün hazırlıqlara başlamaq məqsədilə Fransa və Almaniya da daxil olmaqla, avropalı həmkarları ilə bir sıra görüşlər keçiriblər. Nəşr qeyd edib ki, planlar hələ ilkin mərhələdədir. Londonun NATO missiyasına təkcə şəxsi heyət deyil, həm də hərbi gəmilər və təyyarələrin də töhfə verə biləcəyi gözlənilir.
Digər Xəbərlər
11 Yanvar 2026 16:25
İrana xaricdən terrorçular gətiriblər - Pezeşkian
11 Yanvar 2026 15:45
Ukraynada hərbi xidmətə çağırışla bağlı qaydalar sərtləşdirlir
11 Yanvar 2026 15:31
İranda etiraz hərəkatının əsas iştirakçıları həbs edildilər
11 Yanvar 2026 15:25


Bakı -°C

