Britaniya və ABŞ-da “zombi narkotiki” yayılır
Böyük Britaniyada insanları zombilərə çevirən narkotikin yayılması ilə bağlı xəbərdarlıq edilib.
Adalet.az xəbər verir ki, bu barədə London Kral Kollecinin araşdırmasına istinadən Sky News telekanalı məlumat yayıb.
ABŞ-ın bəzi şəhərlərində yayılan “zombi narkotiki” olaraq adlandırılan güclü heyvan trankvilizatoru ksilazin indi İngiltərədəki qanunsuz narkotik bazarına yol tapıb. Ağ Ev artıq onu əhali üçün yeni təhlükə adlandırıb.
Böyük Britaniyada narkotikin ilk qurbanı 2022-ci ilin mayında Soliholldakı evində ölü tapılan Karl Uorburton olub. Onun bədənində heroin, fentanil, kokain və ksilazin aşkar edilib.
Dərmanı istifadə edən insanlarda tez-tez inyeksiya yerlərində dəridə yaralar və infeksiyalar əmələ gəlir. Nəticədə bədənin həmin yerləri çürüyür deyə, narkotik vasitəni “ət yeyən” ləqəbi verilib.
London Kral Kollecinin tədqiqatçısı Kerolayn Koupland deyir ki, narkotikin yayılması hər kəsi narahat etməlidir. Çünki bu trankvilizatorun zərərli təsirləri təkcə heroin istifadəçilərinə deyil, həm də daha geniş aludəçilərə təsir edə bilər.
K. Kouplend hökuməti ksilazin epidemiyasının qarşısını almaq üçün addımlar atmağa, o cümlədən test zolaqları və tibb işçilərini ksilazin istifadəsinin əlamətləri haqqında maarifləndirməyə çağırıb. Əksər hallarda trankvilizator heroin və ya fentanil kimi güclü opioidlərlə qarışdırılır. Nəşr qeyd edib ki, bu yolla dilerlər orijinal dərmanın qiymətini aşağı salmağa və tələbatı artırmağa çalışırlar.
2022-ci ilin mayından 2023-cü ilin avqustuna qədər tədqiqatçılar İngiltərə, Şotlandiya və Uelsdə 35 ksilazin istifadə halını qeydə aldılar.