Bu avtobusa xəttin köhnə istismarçısı tərəfindən hücum edildi - FOTO

Paytaxtda 56 nömrəli şəhərdaxili marşrut avtobuslarına xəttin köhnə istismarçısı tərəfindən hücum edilib və nəqliyyat vasitələrinə zərər yetirilərək marşrutun fəaliyyətinə əngəl törədilib.
Bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Adalet.az-a bildirilib ki, sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması məqsədilə marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Bu işlər çərçivəsində Bayıl yaşayış sahəsini Səbail rayonunun Salman Mümtaz küçəsi ilə əlaqələndirən 56 nömrəli şəhərdaxili marşrut da müsabiqəyə təqdim edilib və sentyabrın 5-də qalib elan olunub.
Beləliklə, sərnişinlərin ixtiyarına müasir və komfortlu avtobuslar verilib. Lakin xəttə buraxılan yeni avtobuslara xəttin köhnə istismarçısı tərəfindən hücum edilib və nəqliyyat vasitələrinə zərər yetirilərək marşrutun fəaliyyətinə əngəl törədilib.
Baş verən insidentlə əlaqədar hadisəni törədənlər polis şöbəsinə aparılıb. Hüquq-mühafizə orqanları tərəfindən izahatları alınıb. Müvafiq araşdırmalar davam etdirilir.
Qeyd edək ki, zərər yetirilən avtobuslar təmir edilərək xəttə qaytarılıb və hazırda sərnişinlərin xidmətinə verilib.
Digər Xəbərlər

Şəki-Oğuz yolunda qəza - Ana və övladı xəsarət aldı

20 nəfərin xəsarət aldığı qəzadakı mikroavtobus qanunsuz işləyirmiş - Rəsmi

"4 gün əvvəl Şəfayət o evdən çıxmaq istəmişdi, mənə şübhəli gəlir" - VİDEO

Azərbaycanda DƏHŞƏTLİ QƏZA: 20 nəfər xəsarət aldı

Nuranə on il əvvəl də bənzər hadisədə xəsarət alıbmış - VİDEO

Balakəndə 20 mindən artıq abonent qazsız qalacaq

Azərbaycanda çəkildiyi iddia edilən fotolarla bağlı rəsmi açıqlama - FOTO
