Bu bələdiyyələrin adı dəyişdirilir
Qubanın iki bələdiyyəsinin və onların əhatə etdiyi yaşayış məntəqələrinin adları dəyişdirilir.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, Timiryazev-Alekseyevka bələdiyyəsi Bəhrəli-Çınarlı bələdiyyəsi adlandırılacaq.
Vladimirovka bələdiyyəsinin isə Elbir bələdiyyəsi adlandırılması təklif edilir.
Sənədə əsasən, adıçəkilən bələdiyyələrin əhatə etdiyi eyniadlı ərazi vahidləri də müvafiq olaraq yeni adlarla əvəz edilir.
Xatırladaq ki, bu il mayın 12-də Milli Məclis Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında qanun qəbul edib. Qanuna əsasən, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılıb. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab edilib.
Qanun layihəsi səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Digər Xəbərlər
16 Oktyabr 2026 12:24
Azərbaycanda iş saatları azaldılır?
16 Oktyabr 2026 12:16
İsrail Prezidenti Bakıya səfəri ilə bağlı iddialara aydınlıq gətirdi
16 Oktyabr 2026 12:03
Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
16 Oktyabr 2026 11:55
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır
16 Oktyabr 2026 11:26
Azərbaycanda hərbçilərin maaşı artır
16 Oktyabr 2026 11:26
Deputatların aylıq pensiya əlavəsi vəzifəyə görə müəyyən ediləcək
16 Oktyabr 2026 11:25
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək
16 Oktyabr 2026 11:20


Bakı -°C

