Azərbaycanda bu şəxslərə xüsusi rütbə veriləcək
Azərbaycan Silahlı Qüvvələrinin ehtiyatında olan vətəndaşlara və ehtiyatda olan zabitlərə münasibətdə penitensiar xidmət üçün nəzərdə tutulmuş xüsusi rütbələrin verilməsi qaydalarının tibb xidmətinə də şamil edilməsi təklif olunur.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Qanuna dəyişiklik layihəsində əksini tapıb.
Bu dəyişiklik nəticəsində tibb xidmətində vəzifəyə təyin olunan ehtiyatda olan hərbi qulluqçulara xüsusi rütbələrin verilməsi məsələləri vahid hüquqi yanaşma əsasında tənzimlənəcək.
Təklif edilən dəyişikliklərlə tibb xidməti işçilərinin tərkibinə hərbi qulluqçular daxil edilir, onların xidmət keçdikləri qurumlar müəyyənləşdirilir.
Bununla da tibb xidmətində hərbi qulluqçuların hüquqi statusu və fəaliyyətinin hüquqi əsasları daha aydın şəkildə müəyyən olunur.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
16 Oktyabr 2026 12:24
Azərbaycanda iş saatları azaldılır?
16 Oktyabr 2026 12:16
İsrail Prezidenti Bakıya səfəri ilə bağlı iddialara aydınlıq gətirdi
16 Oktyabr 2026 11:55
Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır
16 Oktyabr 2026 11:45
Bu bələdiyyələrin adı dəyişdirilir
16 Oktyabr 2026 11:26
Azərbaycanda hərbçilərin maaşı artır
16 Oktyabr 2026 11:26
Deputatların aylıq pensiya əlavəsi vəzifəyə görə müəyyən ediləcək
16 Oktyabr 2026 11:25
Hərbçilərin sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək
16 Oktyabr 2026 11:20


Bakı -°C

