Bu halda kranla görülən işlər dayandırılacaq
Küləkli hava şəraitində kranlarla görülən işlərin dayandırılması və işçilərə fasilələrin verilməsi yeni qaydada tənzimlənəcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Əmək Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Hazırda küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır.
Layihəyə əsasən, küləyin gücü 6 baldan 8 baladək olduqda, quruda istismar olunan kranlarla işlərin görülməsinə həmin kranların texniki pasportlarında nəzərdə tutulmuş hallarda yol veriləcək.
Küləyin gücü 8 baldan artıq olduqda qeyd edilən kranlarla görülən bütün növ işlər hər bir halda dayandırılacaq.
Bu nəzərə alınmaqla, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda istismar olunan kranlarla görülən bütün növ işlər dayandırılacaq.
Müzakirələrdən sonra məsələ səsverməyə qoyularaq I oxunuşda qəbul edilib.
Digər Xəbərlər
16 Oktyabr 2026 12:22
İstehsalçılar ətraf mühitə təsirin qiymətləndirilməsini özləri müəyyən edəcəklər
16 Oktyabr 2026 11:38
Azərbaycanda nə qədər işsiz var?
16 Oktyabr 2026 11:27
Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
16 Oktyabr 2026 11:17
"Dövlət qulluğu sertifikatı"nın qüvvədəolma müddəti azaldılır
15 Oktyabr 2026 20:12
Alyona Əliyeva beynəlxalq inklüziv məşğulluq konfransında - FOTOLAR
15 Oktyabr 2026 13:26
Qusar–Həzrə–Sudur avtomobil yolunda bərpa işləri tamamlanıb
14 Oktyabr 2026 15:30
Bakının mərkəzində QHT-lər kəlağayı ilə yürüş keçirib
13 Oktyabr 2026 21:10


Bakı -°C

