adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Aprel 2024 12:19
2008
MƏDƏNİYYƏT

"Bu böyük teatrlar üçün maraqlı proses olar" - REJİSSOR

"Akademik Milli Dram Teatrında quruluş verdiyim “Sənsiz” tamaşasına böyük maraq var. Ötən ilin noyabrında premyerası olan tamaşa hər nümayişdə anşlaqla keçir".

Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycanın ilk inklüziv teatrı olan "ƏSA" Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə deyib. O, quruluşçu rejissoru olduğu "Sənsiz" tamaşası barədə danışıb. 

"Tamaşa ilə bağlı istər mənə, istərsə də aktyorlara və digər yaradıcı heyətə o qədər yazırlar, sonda qərara gəldik ki, tamaşanın instagram hesabını açaq.

Hansısa tamaşanın məxsusi sosial şəbəkə hesabının olması maraqlı təcrübədir. Artıq burada məhz ”Sənsiz”in izləyiciləri toplaşır. Bu həm də imkan verir ki, tamaşa ilə bağlı müəyyən datalar toplayaq, tamaşaçılarla kommunikasiya quraraq tamaşa ilə bağlı geniş rəylər öyrənərək.

Çünki bu daha geniş kütləyə çıxış üçün alternativ bir imkandır. Mən bilən artıq bizim təcrübədən istifadə edən digər yaradıcı heyətlər də var".

Eminquey