“Bu canilərin əməllərində müharibə cinayətlərinin bütün faktorları var” - Deputat
Ruben Vardanyan, Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, David İşxanyan, Davit Babayan, Lyova Mnatsakanyan və başqaları.
Bu şəxslər 1989-cu ildən 2023-cü il sentyabrın 20-dək Azərbaycana qarşı müxtəlif cinayət əməlləri törədiblər. Ermənistan tərəfindən vaxtı ilə Azərbaycan torpaqlarında yaradılan qondarma Dağlıq Qarabağ rejiminin rəhbərləri törətdikləri müharibə cinayətlərinə görə qanun qarşısında cavab verirlər.
Qondrma “Dağlıq Qarabağ Respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycan Respublikasına qarşı törədilmiş qanunsuz əməllərinə dair cinayət işi məhkəməyə göndərilib.
Bu şəxslərin müharibə cinayəti törətməsinə dair faktlar və sübutlar kifayət qədərdir. Onlar Azərbaycan dövlətinə qarşı terrorçuluq başda olmaqla
işgəncə, müharibə qanunlarını və adətlərini, silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma, qəsdən adam öldürmə, qanunsuz sahibkarlıq kimi müxtəlif hərbi cinayətlər törədiblər. Beynəlxalq təcrübədə də bu cür müharibə caniləri ədalət mühakiməsi qarşısında cavab verib və layiqli cəzalarını alıb.
Təəssüf ki, 30 illik işğal dövründə Ermənistanın işğalına göz yummaqla buna haqq qazandıran dairələr bu gün də məkrli əqidəsini dəyişməyib. Onlar indi də müharibə canilərini müdafiə edir, onlara azadlıq tələb edirlər. Bu mövqedə olanlar hərbi cinayətkarların törətdiyi əməllərin məsuliyyətini bölüşürlər. Məsələ burasındadır ki, həmin çağırışlar Serbiya, Xorvatiyadan olan şəxslərin məhkəmə prosesi zamanı edilməyib. Yenə ikili standartlar siyasəti ən çirkin formada özünü göstərir.
Hazırda Bakıda müttəhim kürsüsündə oturan canilər 30 ilə yaxın davam edən işğal və 44 günlük Vətən müharibəsi dövründə, eləcə də antiterror əməliyyatları zamanı qondarma rejimin “rəhbərlər”i kimi cinayətkar birlik halında milli düşmənçilik və nifrət aşılayan, terrorçu qruplaşmaların fəaliyyətini əlaqələndirən fəaliyyətlə məşğul olublar. Onların əməllərində müharibə cinayətlərinin bütün faktorları var.
Azərbaycan dövləti də bəyan etmişdi ki, işğalın bitməsi ilə bu canilərin məsələ bitmir. Onlar törətdikləri cinayətlərə görə cavab verməli olacaqlar və mütləq məsuliyyətə cəlb ediləcəklər.
Digər Xəbərlər
06 Dekabr 2025 18:02
İlham Əliyev BƏƏ-nin şirkət rəhbərlərini qəbul etdi - YENİLƏNİB
06 Dekabr 2025 16:16
Hikmət Hacıyev Qriqoryanla müzakirə apardı
06 Dekabr 2025 16:00
Donald Tramp İlham Əliyevə TƏŞƏKKÜR ETDİ
06 Dekabr 2025 14:49
Böhrandan ən gözəl çıxış yolu toqquşmalardır... - Səxavət Məmməd yazır
06 Dekabr 2025 14:46
“Sarkisyan məktubda ümidsiz bir vəziyyətdə diz çöküb Putinə yalvarır...”
06 Dekabr 2025 14:03
Prezidentin köməkçisi Qətər Əmirinin müşaviri ilə müzakirə apardı
06 Dekabr 2025 12:05
Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşdü
06 Dekabr 2025 11:12


Bakı -°C

