"Bu cərimə məbləğlərinin minimum hədləri müəyyənləşdirilsin" - Deputat
"Azərbaycan Respublikası Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər mütərəqqidir və dəstəkləyirəm. Məcəllənin 308-1 maddəsində təklif edilən dəyişikliklərə əsasən, dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə cinayət predmetinin dəyərinin, yəni, təyinatından kənar istifadə olunan vəsaitin 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum olunma nəzərə tutulur. Mövcud mətndə cərimələr 9-13 min manat intervalında dəyişir".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.
O bildirib ki, yeni dəyişikliklər fiks cərimə mexanizmindən faiz meyarına keçidi reallaşdırır: "Təklif edərdim ki, bu maddə üzrə konkret cərimə məbləğlərinin minimum hədləri müəyyənləşdirilsin. Çünki bu zaman dövlət vəsaitinin təyinatından yayındırmağa görə dəymiş ziyan məbləği üzrə cərimələrin minimum məbləği müəyyənləşə bilər. Bu baxımdan təklif edirəm ki, müzakirə etdiyimiz dəyişiklik bu redaktədə təqdim olunsun: “Dövlət vəsaitindən təyinatı üzrə istifadə edilmədikdə xeyili miqdarda törədildikdə minimum əməkhaqqının bəlli mislindən az olmamaq şərti ilə cinayət predmetinin dəyərinin (təyinatından kənar istifadə olunan vəsaitin) 100 faizi miqdarında cərimə edilməklə azadlıqdan mərhum edilsin”. Burada minimum əməkhaqqı misli ilə bağlı konkret rəqəm qanunverici dəyişiklik təşəbbüsü ilə çıxış edən qurum tərəfindən müyyənləşdirilə bilər.
Həmin Məcəllənn 308-1-2 maddəsinə təklif edilən düzəlişlərdən biri bu maddədə nəzərdə tutulmuş əməlləri ilk dəfə törətmiş şəxs cinayət predmetinin dəyərini (təyinatından kənar istifadə olunan vəsaitin) tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunmasıdır. Məcəllə ilə xeyili miqdarda ziyan 50-250 min manat arası ziyan, külli miqdarda isə 250 min manatdan çox olan ziyan kimi təsnifləşdirilir. İnkişaf etmiş ölkələrdə, eləcə də bir sıra MDB dövlətlərində məsuliyyətdən azad olunma halı sadəcə kiçik məbləğli cinayət törədənlərə şamil edilir. Xeyili miqdarda ziyanın məbləği Azərbaycanda minimum əməkhaqqının 125 mislindən 625 misli arasında dəyişir. Külli miqdarda olan ziyan isə minimum əməkhaqqnın 625 mislindən başlayan rəqəmlər ilə ifadə olunur. Ona görə bu maddə üzrə dəymiş ziyanın məbləğinin konkretləşdirilməsinə və həmin halın böyük rəqəmlər ilə ifadə olunan vəsait yayındırmalarına şamil olunmaması təklif edərdim".
Digər Xəbərlər
10 Aprel 2026 09:46
Azərbaycan neftinin qiyməti açıqlandı
09 Aprel 2026 10:00
Dövlət qurumlarında işləyən şəxslərin maaşı ilə bağlı yeni QƏRAR
09 Aprel 2026 09:59
Azərbaycan nefti ucuzlaşdı
08 Aprel 2026 18:23
Azərbaycandan Serbiyaya ixrac olunan qazın həcmi açıdlandı
08 Aprel 2026 17:18
"Azərsun Holdinq" rəqəmsal transformasiya istiqamətində fəaliyyətini genişləndirir
08 Aprel 2026 09:49
Azərbaycan nefti neçəyə satılır?
07 Aprel 2026 12:05
Azərbaycan dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib
07 Aprel 2026 10:48


Bakı -°C

