Bu dövlət agentliyinin sədrinə müavinlər təyin edildi - YENİLƏNİB
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova müavinlər təyin edilib.
Adalet.az xəbər verir ki, bu barədə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Cəfər Babayev Agentlik sədrinin birinci müavini, İlqar Həsənov və Mirzə Mirzəyev isə Agentliyin sədr müavini vəzifələrinə təyin olunub.
***
Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinə müavinlər təyin edilib.
Adalet.az-ın APA-ya istinadən məlumatına görə, Cəfər Babayev Agentlik sədrinin birinci müavini, İlqar Həsənov və Mirzə Mirzəyev isə Agentliyin sədr müavini vəzifələrinə təyin olunub.
Qeyd edək ki, C. Babayev 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsini icra edib. O, 16 dekabr 2022-ci il tarixində Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb.
İ.Həsənov 2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb. 16 dekabr 2022-ci il tarixindən Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb.
M.Mirzəyev isə 2024-cü il aprel ayından bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi vəzifəsində işləyib.
Digər Xəbərlər
10 Fevral 2026 16:51
Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR
10 Fevral 2026 16:02
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edidi
10 Fevral 2026 15:42
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib
10 Fevral 2026 15:03
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
10 Fevral 2026 14:14
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
10 Fevral 2026 13:57
Spiker Fəzail Ağamalının ailəsinə başsağlığı verdi
10 Fevral 2026 13:44
Fəzail Ağamalı dəfn edildi - YENİLƏNİB
10 Fevral 2026 13:40


Bakı -°C

