Rövşən Rzayev vətəndaşların müraciətlərini dinlədi - FOTOLAR
Fevralın 10-da Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev vətəndaşların növbəti qəbulunu keçirib. Qəbulda vətəndaşların müraciətləri diqqətlə dinlənilib. Bildirilib ki, qaldırılan məsələlər müvafiq qaydada araşdırılacaq və qanunvericiliyə uyğun şəkildə həll ediləcəkdir.
Adalet.az xəbər verir ki, Prezident İlham Əliyevin keçmiş məcburi köçkünlərin doğma yurdlarında rahat və təhlükəsiz yaşayış şəraitinin təmin olunması məqsədilə verdiyi tapşırıqların ardıcıllıqla həyata keçirildiyi, Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərini diqqətlə izlədiyi və onun göstərişləri ilə müvafiq tədbirlərin görüldüyü vurğulanıb.
Komitə sədri bildirib ki, işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə uyğun olaraq, ilk növbədə qəzalı və ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlər mərhələli şəkildə köçürülür. Vətəndaşların müraciətləri əsasən, işğaldan azad edilmiş ərazilərə qayıdış, köçürülmənin prinsipləri, sorğularda iştirak, məşğulluq, müvəqqəti məskunlaşma yerlərində mənzil-məişət şəraitinin yaxşılaşdırılması, kommunal xidmətlər, status, vahid aylıq müavinət və digər sosial məsələlərə dair olub.
Digər Xəbərlər
10 Fevral 2026 17:40
Bu dövlət agentliyinin sədrinə müavinlər təyin edildi - YENİLƏNİB
10 Fevral 2026 16:02
Rəşad İsmayılov ekologiya və təbii sərvətlər naziri təyin edidi
10 Fevral 2026 15:42
Allahşükür Paşazadə Roma Papasını Azərbaycana dəvət edib
10 Fevral 2026 15:03
Bu istiqamətə əlavə qatar reysləri təyin edildi
10 Fevral 2026 14:14
Statistika Komitəsinin yeni sədri kimdir? - DOSYE
10 Fevral 2026 13:57
Spiker Fəzail Ağamalının ailəsinə başsağlığı verdi
10 Fevral 2026 13:44
Fəzail Ağamalı dəfn edildi - YENİLƏNİB
10 Fevral 2026 13:40


Bakı -°C

