BU DÜNYADAN ZİYA BÜNYADOV KEÇDİ

Bu gün görkəmli şərqşünas, tarixçi, Sovet İttifaqı Qəhrəmanı, Dövlət Mükafatı Laureatı, Əməkdar elm xadimi, akademik Ziya Bünyadovun doğum günüdür.
Ziya Bünyadov 1923-cü ildə Astara şəhərində anadan olub. 1939-cu ildə orta məktəbi bitirdikdən sonra Bakı Ali Birləşmiş Komandirlər məktəbində təhsilini davam etdirib, İkinci Dünya Müharibəsi dövründə vuruşaraq Berlinədək şərəfli döyüş yolu keçib. 1945-ci ildə ona Sovet İttifaqı Qəhramanı adı verilib.
Z.Bünyadov ordudan tərxis olduqdan sonra 1946-cı ildə Moskva Şərqşünaslıq İnstitutuna daxil olub, 1950-ci ildə həmin institutun aspiranturasına qəbul edilib, namizədlik dissertasiyasını müdafiə edib və sonra Azərbaycana qayıdıb.
Alim Xilafət və Azərbaycanın VII-XIII əsrlər tarixinin tədqiqatçılarından biri idi. Eyni zamanda bir çox dünya alimlərinin elmi əsərlərini Azərbaycan dilinə tərcümə edib.
1967-ci ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, akademiyanın həqiqi üzvü, Şərqşünaslıq İnstitunun direktoru, 1990-cı ildə Azərbaycan EA-nın vitse-prezidenti seçilib.
Ziya Bünyadov SSRİ-nin Qırmızı Bayraq, Aleksandr Nevski, 2-ci dərəcəli Vətən Müharibəsi, Qırmızı Ulduz ordenləri və medallarla təltif edilib.
1997-ci il fevral ayının 21-də cinayətkarlar tərəfindən vəhşicəsinə qətlə yetirilib.
Digər Xəbərlər

Leyla Əliyeva növbəti abad həyətin açılışında - FOTOLAR

Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə etdi - FOTOLAR

İlham Əliyev və Berdiməhəmmədov Yuxarı Gövhər Ağa məscidini ziyarət etdilər - FOTOLAR
