Dəniz təmizdi,onu...
Bizim Xəzər dənizi gözəl dənizdi; onun balıqı var, kürüsü var, nefti var, qazı var.
Sadəcə olaraq o təmiz, o gözəl dənizi biz insanlar pis günə qoyuruq! Çünki Bakıda kanalizasiya suları təmizlənmədən dənizə axıdılır. Hövsandakı kollektor fiziki və mənəvi cəhətdən köhnəlib. Ona görə də çirkab sular tam təmizlənmədən dənizə axıdılır. Tək Bakıda deyil, eləcə də Sumqayıtda, Xaçmazda, Nabranda da belədir. Bax ,dəniz artıq çirkabın içində boğulur.
Biz bununla da kifayətlənmirik.Çimərliyə gedəndə orada istirahət edərkən yeyib- içəndən sonra tullantıları ya qumun üstünə, ya da dəniz atırıq . Gedin , çimərliklərə baxın, görün camaat onu hansı günə qoyub. Məhz buna görə də, bir çox çimərliklərdə baktirioloji çirklənmə normadan artıqdır.
Təsadüfi deyildir ki, Respublika Gigeyna və Epidemiologiya Mərkəzi baktirioloji çirklənmə normadan artıq olduğu üçün Şıx, Sahil, Hövsan , Türkan , Corat çimərliklərində çimməyi qadağan edib. Bax bu da inasanların günahı üzündəndir.
Çünki heç kim bir vətəndaş olaraq üzərinə düşən vəzifələri yerinə yetirmək istəmir.Ona görə də, dənizimiz bu günə düşür!
Emil Faiqoğlu


Bakı -°C

