Bu ərazilərdə 12 dərəcəyədək şaxta qeydə alındı - FAKTİKİ HAVA
Azərbaycanın bəzi rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.
Adalet.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin dekabrın 16-sı saat 9:00-a olan məlumatında qeyd olunub.
Bildirilib ki, dağlıq ərazilərə qar yağıb. Yağan qarın hündürlüyü Kəlbəcərdə 11, Xaltanda 8, Lazada (Qusar) 6, Daşkəsəndə 4, Rvarudda (Lerik) 1 sm-dir.
Düşən yağıntının miqdarı Lerikdə 7, Bakıda və Abşeron yarımadasında, eyni zamanda, Astara, Qusarda 3, Qubada 2, Xaltan, Şamaxı, Neftçala, Biləsuvar, Yardımlı, Lənkəran, Qrız, Cəlilabad, Kəlbəcər, Laçın, Naxçıvanda 1 mm-dir. Qrız, Sabirabad, Lerik, Naftalanda duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 4, Aran rayonlarında 1 dərəcəyədək isti, Naxçıvan MR-da 8, dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınıb.
Digər Xəbərlər
16 Dekabr 2025 13:06
Ailə vəzifələrinə görə işçilər arasında ayrı-seçkiliyə yol vermək qadağan edilir
16 Dekabr 2025 12:56
Bu şəxslərə daha çox məzuniyyət veriləcək
16 Dekabr 2025 12:34
Dövlət qulluğuna xitam verilməsi ilə bağlı yeni qayda
16 Dekabr 2025 12:22
Müharibə əlilləri və şəhid ailələri bu rüsumdan azad edilir
16 Dekabr 2025 12:21
Azərbaycanda ekspeditorun hüquqi statusu müəyyənləşir
16 Dekabr 2025 12:03
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı sazişə qoşulur
16 Dekabr 2025 11:20
Azərbaycanda 18 yaşadək işçilərlə bağlı YENİLİK
16 Dekabr 2025 10:49


Bakı -°C

