Bu ərazilərdə hava xətləri sökülərək yeraltı kabellə əvəzlənir - VİDEO
Bakı şəhərinin Hava Limanı, Zığ şossesi və 8 Noyabr prospektində 5 yerdə yolların üzərindən keçərək kəsişən və Hava Limanı yolunun kənarında yerləşən 110 kV-luq iki dövrəli yüksək gərginlikli hava xətləri “AzərEnerji” tərəfindən sökülərək yeraltı kabel xətlərinə keçirilir.
Adalet.az xəbər verir ki, yol kəsişmələrində nəqliyyatın intensiv hərəkəti hava xətlərinin istismarında çətinliklər yaratmaqla yanaşı, strateji əhəmiyyətli yolların estetik görünüşünə də xələl gətirirdi. Ona görə də ümumi uzunluğu 5,55 km olan hava xətləri və 44 ədəd iri anker dayaq xüsusi layihə əsasında demontaj edilərək, 33 km uzunluqda ikidövrəli görünməz yeraltı kabellərlə əvəz edilir.
Qeyd edək ki, yeraltı kabel keçidlərinin inşası zamanı intensiv hərəkətli yollar qazılmayıb və nəqliyyatın hərəkətinə heç bir maneə törədilmədən xətlər böyük həcmli borularla birlikdə xüsusi texnika vasitəsilə yolun kəsişməsində yerin alt hissəsi ilə keçirilib. Ən əsası enerjinin verilişində fasilə olmayıb. Ekoloji tələblərə cavab verən yeraltı xətlərin çəkilməsi baş verə biləcək qəza və bədbəxt hadisələrin qarşısının alınmasına, enerjinin ötürülməsinın daha müasir və keyfiyyətli qaydada həyata keçirilməsinə səbəb olacaq.
“AzərEnerji” tərəfindən həyata keçirilən bu işlərin avqust ayında başa çatdırılması nəzərdə tutulur.
Digər Xəbərlər
16 Dekabr 2025 12:32
Dövlət qulluqçusu vəfat etdikdə onun vərəsələrinə müavinət ödəniləcək
16 Dekabr 2025 12:29
Azərbaycanda bu sənədlərin verilməsi qaydası dəyişir
16 Dekabr 2025 12:21
Ekspeditor yükün itirilməsinə görə bu hallarda məsuliyyət daşıyacaq
16 Dekabr 2025 11:33
Azərbaycana gətirilən elektromobillərin sayı açıqlandı
16 Dekabr 2025 10:44
“Bu təşəbbüs on minlərlə məhbusa öz həyatını yenidən qurmağa imkan verəcək...”
16 Dekabr 2025 10:28
AMB daha iki kredit ittifaqına icrası məcburi göstəriş verdi
15 Dekabr 2025 18:51
Yeni il qabağı çox şey ucuzlaşacaq?
15 Dekabr 2025 17:41


Bakı -°C

