adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
27 Mart 2024 15:30
535
GÜNDƏM

BU, ERMƏNİLƏRİN SONUNCU BİCLİYİDİR

Müzəffər Ordumuz Qarabağı 24 saat ərzində erməni separatçılarından  təmizləyəndən sonra  düşünürdük ki, hər şey  qurtardı. Amma deyəsən, qurtarmayıb. 

Daxili İşlər Nazirliyinin  əməkdaşları Xankəndində və ətraf rayonlarda keçirdiyi  əməliyyat  nəticəsində hər gün xeyli silah-sursat aşkarlanır. Əvvəl düşünürdüm ki, separatçılar qaçıb gedəndə bu silah-sursatı atıb gediblər. Amma indi görürəm ki, elə deyil. Baxın bu silah-sursat hardan  tapılıb, harda gizlədilib?  Məktəblərdə, uşaq bağçalarında, xəstəxanalarda, meşələrdə və sair və ilaxır. Son günlər  DİN-in tapıb  üzə çıxardığı  silah-sursat bir orduya  bəs edər. Hələ bu günlərdə də polis işçiləri Ağdərədə  meşədə  gizlədilmiş tank, BTR, raket qurğuları, mərmilər, qranatlar, onlarla avtomat və tapança  aşkar etdilər.  Bu silahlarla təxminən bir batalyonu silahlandırmaq olar. 

Bəli, ermənilər gedərkən bu silahları qəsdən gözdən iraq  yerlərdə gizlədiblər. Bilirsiniz niyə? 

Azərbaycan dövləti dəfələrlə  bəyan edib ki, Konstitusiyamızı və vətəndaşlığımızı qəbul edən hər bir erməni geri qayıdıb öz ev-eşiklərində  yaşaya bilərlər. Az da olsa indi belələri var, hətta televiziyalarımıza intervülər də verirlər. 

O gün bir erməni qadın televiziyaya  müsahibə verərkən Tuğdan Xankəndinə gəldiyini  danışır  və sonda da  deyir ki, ermənilər onun avtomobilini zədələyiblər. Əslində sözündən belə çıxırdı ki, indi biz onun avtomobilini  təmir edək. Qudurğan! 

Bir də görəcəyik ki, minlərlə erməni planlı şəkildə Azərbaycan vətəndaşlığını   qəbul etməyə  razılıq verir və dönürlər Qarabağa, dünya da bunu alqışlayır. Biz də humanist xalqıq  axı, onların vətəndaşlığını  qəbul edirik. 

Və nəticədə  ermənilər yenidən doluşurlar  Xankəndinə, Əsgərana, Ağdərəyə, bir az gözləyəndən  sonra həmin gizlədilmiş silah-sursatı əlləri ilə qoyduğu kimi tapıb silahlanıb yenidən bir separatçı  hərəkata  başlayırlar. Və Avropa  ölkələri də  durur  arxalarında. Biz onları həbs etdikcə tumanlarını  başlarına  keçirib «qoymayın, Azərbaycanda ermənilərin  hüquqlarını  pozurlar» deyə bar-bar bağıracaqlar. 
Məhz bu silah-sursat  onun  üçün gizlədilib. 

İnanırıq ki, Daxili İşlər Nazirliyinin əməkdaşları  Qarabağda gizlədilmiş bütün  silah-sursatı aşkar edəcək və bir də ona inanırıq ki, ermənilərin yalançı vətəndaşlığını  qəbul etməyəcəyik. 

Müsəlman deyillər ki, «Quran»ın altından  keçirək, xristian da deyillər ki, «İncil»ə and  içdirək. 
Şeytanın  dini, imanı olmur.