adalet.az header logo
  • Bakı -°C
08 Mart 2026 18:47
130
GÜNDƏM
A- A+

Bu gecə Ramazanın ilk Qədr gecəsidir

Bu gecə Ramazan ayının ilk Qədr gecəsidir.

Adalet.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqladığı Ramazan təqviminə əsasən Ramazanın 18-ci günündən 19-a keçən gecə ayın ilk Qədr gecəsidir.

Qədr gecəsi Allahın kitabı Quranın nazil olmağa başladığı gecədir. Qurani-Kərim məhz Ramazan gecələrinin birində lövhi-məhfuzdan tam şəkildə nazil edilib.

QMİ-nin açıqladığı Ramazan təqviminə əsasən bu ay Qədr gecələri 8 mart, 10 mart, 12 mart və 16 mart tarixlərinə təsadüf edir.

Hər şeydən əvvəl Qədr gecəsində (gecələrində) yatmayıb oyaq qalmaq hədislərdə tövsiyə edilib. Buna ərəb dilində “Əhya” deyirlər (xalq arasında Qədr gecələrini “Əhya gecələri” də adlandırırlar). Amma sadəcə olaraq yatmayıb oyaq qalmaqla iş bitmir. Bu gecəni ibadətlə, dua ilə, Allahın böyüklüyü, əzəməti və qüdrəti barədə düşünməklə, savab işlər görməklə keçirmək əsas şərtdir. Qədr gecələrində istənilən cür ibadət etmək, istənilən qədər namaz qılmaq və dua oxumaq olar. Hər kəs bacarığına və istəyinə uyğun olaraq öz ibadət proqramını təşkil etməkdə azaddır.